"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin rəhbəri Cavid Qurbanovun yaxın qohumu, "AzRusTrans” QSC-nin sədri Cavid Quliyev həmin müəssisədə işləyən, keçmiş AMİP-çi deputat Şadman Hüseynin qızı Umayla ailə həyatı qurub.
Qeyd edək ki, "Azərbaycan Dəmir Yolları” QSC və Rusiya taxıl yüklərinin dəmir yolu ilə daşımaları üzrə nəhəng operatoru "Rusaqrotrans” QSC Rusiya, Azərbaycan, İran, Gürcüstan və Türkiyə arasında yük dövriyyəsində dəmir yolu daşımalarının payını artırmaq məqsədilə "AzRusTrans” QSC müştərək müəssisəsini yaradıb.
Bu, Azərbaycanda taxıl və meşə yüklərinin daşınmasında özəl vaqon parkına sahib olan yeganə şirkətdir.
Reyting.az.