Yaxın zamanlarda “Azərbaycan Dəmir Yolları” QSC rəhbərliyində dəyişiklik gözlənilir. Bu barədə DİA.AZ-a hökumətdəki mötəbər mənbə inbformasiya verib.
Xəbəri verən qaynaq iddia edir ki, özü üçün "təhlükəsizlik çətiri" qurduğu zənnində olan QSC rəhbəri ilə bağlı qərar yaxın vaxtlarda veriləcək.
Xatırladaq ki, Cavid Qurbanov kifayət qədər ziddiyyətli hakimiyyət nümayəndəsidir və onun hazırda həbsdə olan keçmiş baş öprokuror Eldar Həsənovla da çox ssıcaq münasibətləri var. Hansı ki, hazırda mühakimə olunur. İddia edilir ki, Cavid Qurbanov hal-hazırda da "dövləti-aliyə"nin ümumi kursuna zidd olaraq özünün təhlükəli muxtarlığını sürdürməkdədir ki, bu da "yuxarılar" tərəfindən bəyənilməməkdir.
Mənbə dia.az-a bildirir ki, məhz bu kimi faktlar Cavid Qurbanovun gedişi ilə bağlı qərarın rəsmiləşdirilməsini daha da ertəyə çəkib.
Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin.