Axtarış...

Qarabağ Qazisinə təhsilalma ƏNGƏLİ... - Pulsuz təhsil necə PULLU OLDU?

Qarabağ Qazisinə təhsilalma ƏNGƏLİ... - Pulsuz təhsil necə PULLU OLDU?


2-ci Qarabağ müharibəsi iştirakçısı, Salyan rayon sakini Kamil Məmmədov dövlət tərəfindən ona yardım edilməməsindən gileylənir.

Müharibə veteranı sadaladığı problemləri ilə yanaşı təhsilini də davam etdirə bilmədiyindən şikayətçidir. Kamil Məmmədov deyir ki, Bakı Neft və Energetika kollecində təhsilini dondurub müharibəyə getmişdi.

Millitv.az -ın məlumatına görə, Azərbaycan Dövlət Neft və Sənayə Universitetinin mətbuat katibi Bəhruz Nəzərov Toplum TV-yə açıqlamasında bildirib ki, Kamil Məmmədov elə əvvəldən ali məktəbə ödənişli əsaslarla qəbul olub.

Kamil Məmmədov isə Bəhruz Nəzərovun açıqlamasını yalanlayır. Qazinin Toplum TV-yə təqdim etdiyi sənədlərdə onun ali məktəbə Bəhruz Nəzərovun dediyi kimi ödənişli əsaslarla yox, dövlət hesablı daxil olması təsdiqini tapır.
Text-to-Speech

DİNLƏ






Şərh yaz