Axtarış...

Şəhid anası pensiyasını üç aydır ki, ala bilmir... - GİLEY

Şəhid anası pensiyasını üç aydır ki, ala bilmir... - GİLEY

Vətən müharibəsi şəhidi Ceyhun Səfərovun anası Rəxşəndə Səfərova “Hürriyyət”ə müraciət edərək, üç aydır ki, əlilliyi ilə bağlı pensiya ala bilmədiyini deyir.

O, aidiyyatı qurumlara xəsətəliyi ilə bağlı sənədləri təqdim etməsinə baxmayaraq, hələ ki, əlillik təqaüdünü ala bilmir. Rəxşəndə Səfərova anadangəlmə onurğa sütununun əyriliyi xəstəliyindən əziyyət çəkir və buna görə 2-ci qrup üzrə əlillik təqaüdü alır.

Məsələylə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətiylə əlaqə saxladıq. Qurumun mətbuat katibi Gülnar Əzizova “Hürriyyət”ə açıqlamasında araşdırma aparılacağını vurğulayıb.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz