Bir qrup şəxs ƏƏSMN tabeliyində olan Respublika Reablitasiya Mərkəzinin önündə etiraz edib.
Toplum TV xəbər verir ki, şikayətçilər 1-ci Qarabağ müharibəsində yaralandıqlarını və buna görə də uzun müddət təqaüd aldıqlarını deyiblər. Lakin son 2 ildə onların əlillik dərəcələri mülki əlilliklə əvəz olunub.
Şikayətçilər mərkəzin qəbul şöbəsində olublar. Lakin müsbət nəticə əldə edə bilmədiklərini deyirlər.
ƏƏSMN-dən isə Toplum TV-nin sorğusuna cavab olaraq bildirilib ki, şikayətçilərin problemləri araşdırılıb. Onların aldıqları təqaüdlərə heç bir dəyişikliyin olmayacağı bildirilib.