Taliban daxili işlər nazirinin müşaviri vəzifəsini icra edən Ənəs Haqqani Britaniya şahzadəsi Harrinin hərbi xidməti zamanı əfqanları öldürdüyünü etiraf etməsinə sərt reaksiya verib.
Bu barədə 9News telekanalı məlumat yayıb .
"Cənab Harri! Öldürdükləriniz şahmat fiqurları deyil, insanlar idi; Onların geri dönmələrini gözləyən ailələri var idi”, - deyə Haqqani bildirib.
Eyni zamanda, Talibanın nümayəndəsi qeyd edib ki, “əfqanların qatilləri arasında çoxlarının vicdanlarını açıb müharibə cinayətlərini etiraf etmək ləyaqəti yoxdur”.
Daha əvvəl məlumat verilmişdi ki, şahzadə Harri Əfqanıstanda hərbi xidmətdə olarkən 25 nəfəri öldürdüyünü etiraf edib. Bu barədə o, buraxılışı yanvarın 10-na planlaşdırılan “Ehtiyat” xatirələr kitabında yazıb.
Britaniya şahzadəsi on il orduda olub. O, Əfqanıstanda iki il müddət xidmət edib.