"Türkiyənin ABŞ-la müttəfiqliyinin “mübahisəli vəziyyətdə”dir".
Bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu bazar ertəsi, noyabrın 13-də İstanbulda 6 nəfərin ölümü ilə nəticələnən partlayışdan sonrakı açıqlamasında bildirib.
Daxili işlər naziri bazar günü İstiqlal prospektində baş verən partlayışa görə Kürdüstan Fəhlə Partiyası (PKK) və Suriya Kürd Xalq Müdafiə Birliklərinin (YPG) yaraqlılarının məsuliyyət daşıdığını qeyd edib. Polis bomba yerləşdirməkdə şübhəli bilinən suriyalı qadın da daxil olmaqla 47 vətəndaşı həbs edib.
Soylu terror əmrinin Türkiyə qüvvələrinin son illərdə YPG-yə qarşı əməliyyatlar keçirdiyi Suriyanın şimalındakı Kobani şəhərində verildiyini bildirib. Ankara YPG-nin PKK-nın qanadı olduğunu deyir və ABŞ-ın Suriya münaqişəsində YPG-ni dəstəkləməsi NATO müttəfiqləri arasında fikir ayrılığına səbəb olub.
“Məqsədi Türkiyənin dincliyini pozmaq olan Kobanidəki terror bölgələrini qidalandıran bu qruplara Senatından pul göndərən bir dövlətlə ittifaqımız mübahisəlidir”, o əlavə edib.