Yəqin ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində fəaliyyət göstərən və 3 ulduzlu “Çinarlı” hoteldə baş verən ictimai mənəviyyat əleyhinə cinayətlərdən zaman – zaman çox deyilib, çox yazılıb. İkimərtəbəli və təqribən 40-45 otaqdan ibarət olan bu hoteldə yüngül əxlaqlı qadınların cinsi istismarı həyata keçirilir və görüşən cütlüklər üçün lazım olan hər cür şərait var. Yəni, hər bir otaqda televizor, hamam, yataq dəsti və digər avadanlıqlar mövcuddur. Cəmiyyətin tör-töküntülərinin bu ünvana daha çox üz tutmasının bir özəl səbəbi də hotelin bir qədər xəlvəti, gözdən uzaq ərazidə fəaliyyət göstərməsidir. Bu xəlvətilik müştərilərin müəyyən söz-söhbətlərdən, qınaq obyektinə tuş gəlməkdən və s. qoruyur. İstər-istəməz ortaya sual çıxır: Əcəba, Zahid adlı şəxsə məxsus bu otelə “3 ulduz” keyfiyyət nişanını ən “xod gedən” əxlaqsızlıq yuvasına çevrilməsinə görəmi veriblər? Adamın fəaliyyəti, çörək qazanmaq növü özünün adı ilə təzad təşkil edir (“Zahid” sözü tərki-dünya, aşırı dərəcədə ibadətlə məşğul olan, daim Allahı zikr edən, dünya malında gözü olmayan deməkdir).
Hətta pandemiyanın tüğyan etdiyi dönəmdə də xəlvətdə öz fəaliyyətini davam etdirmiş bu obyektdə cinsi istismara məruz qalan qadınların döyülməsi halları da az olmayıb. Məsələn, bir neçə il əvvəl Vüsalə Yusubova və Ayşən Quliyeva adlı qadınlar Binəqədi RPİ-nin 40-cı polis bölməsinə Vüsal adlı şəxsin onları döyərək ümumilikdə 500 manat pulunu soyğunçuluq yolu ilə ələ keçirərək aradan çıxdığı barədə şikayət etmişdilər və bu məsələ sosial mediaya, KİV-ə sızmışdı. Məsələnin maraqlı tərəfi bu olmuşdu ki, baş verən belə bir cinayət hadisəsindən sonra hotelin rəsmi şəxslərindən bir kimsə məsuliyyətə cəlb olunmadı. Nə adları çəkilən insident iştirakçılarının, nə də otelin xidmətindən istifadə edən başqa müştərilərin qeydiyyatı aparılmayıb.
Ondan da yazılıb ki, gün ərzində dövriyyəsi təqribən bir neçə min manatlarla hesablanan 3 ulduzlu “Çinarlı” hoteldə bir ədəd olsun belə kassa aparatı olmadığından, həmin ünvana üz tutan müştərilərə heç bir halda ödəniş qəbzi verilmir. Yəni, obyekt sahibi heç də vicdanlı vergi ödəyicisi deyil. Burada əmək qanunvericiliyinin tələblərinə, sanitar-gigiyena normalarına ciddi riayət olunmasından da söhbət gedə bilməz.
Daha böyük məyusluğumuza səbəbn olan məsələ isə “Çinarlı”ya, onun sahibinə məhz cəmiyyətin görən gözü, eşidən qulağı sayılan jurnalistlərin qahmar çıxmasıdır. Bu günlərdə hoteldə baş verən qanunsuzluqlarla əlaqədar həmin ünvana yollanıb araşdırma aparmaq məqsədilə otelin inzibatçısına suallar verən redaksiyamızın əməkdaşı təhdidə məruz qalıb. İnzibatçı ona “səni gecə ilə yatağından götürdərik” deyib hədələyib. Əməıkdaşımızın mobil telefonuna zəng edən başqa bir şəxs isə özünü “Banker.az” saytının rəhbəri Fuad Mədətov” kimi təqdim edərək, otel barədə tənqid yazmaq fikrindən daşınmağı tələb edib, əks halda onun üçün pis nəticə verəcəyi haqda xəbərdarlıq edib. Əməkldaş rastlaşdığı bu xoşagəlməz hal barədə redaksiyaya məruzə edəndən sonra redaksiya rəhbərliyi otelin inzibatçısına zəng vuraraq məsələni dəqiqləşdirməyə çalışıb. İnzibatçı isə əməkldaşımıza dediyi təhdidləri baş redaktora da təkrarlayıb.
Əgər əməkdaşımızla telefonla danışan şəxs həqiqətən də “Banker.az” saytının rəhbəridirsə, demək o, “Bank of Baku” ASC-nin Alternativ satış kanalları departamentinin direktor müavini Fuad Mədətovdur. Elədirsə, gözləmək olar ki, yaxın vaxtlarda müştərilərinə istifadə etdikləri “Çinarlı” hotelinin xidmətlərindən, o cümlədən intim xidmətlərindən “bolkart” taksit kartı ilə hesablaşmağı da təklif edəcək.
“Əsli ilə doğrudur!”.azerinfo.az