Artıq bir neçə gündür ki, bir çox Youtube kanallarında, bəzi media qurumlarında Sabirabad rayonunun Şəhriyar kəndi ərazisində fəaliyyət göstərən və Rövşən Şahbazov adlı şəxsə məxsus olduğu bildirilən, söylənilənlərə görə isə heç bir rəsmi sənədi olmayan kafedə baş verənlər geniş ictimai müzakirələrə səbəb olmaqdadır.
O halda sual oluna bilər ki, görəsən fəaliyyət göstərməsinə dair heç bir rəsmi sənədi olmayan həmin obyektdə nələr baş verir ki, yaşananlar daha çox ictimai müzakirələrə səbəb olur? Media üzərindən apardığımız araşdırmalardan, bəzi mənbələrdən araz.az-a daxil olan məlumatlara görə, Rövşən Şahbazova məxsus obyektlə bağlı şübhələnmək üçün, ortada kifayət qədər əsaslar var. Çünki, Youtube kanallarına yerləşdirilmiş video-çəkilişlərdən aydın olur ki, həmin obyektdə günəmuzd əmək fəaliyyəti ilə məşğul olan xanım (adının Samirə olduğu deyilən), gün ərzində “əlavə bazarlıq” işləri ilə də məşğul olmağı unutmur. Yəni, həmin “xanım” danışığı zamanı “Mən 15 manata görüşürəm” deyir və bununla da o, onu sübuta yetirir ki, çalışdığı obyekt mahiyyət etibarilə əxlaqsızlıq ünvanıdır. Bu obyektin “qaranlıq fəaliyyəti” ilə bağlı daxil olan digər məlumatlarda o da qeyd olunur ki, Rövşən Şahbazova məxsus obyektdə gündəlik əmək intizamının tələbləri də pozulur. Yəni, burada çalışan işçilərlə rəhbərlik arasında heç bir əmək müqaviləsi sənədi bağlanmır, bu da birbaşa əmək intizamının tələblərinin kobud şəkildə pozulması deməkdir. Digər tərəfdən, daxil olan məlumatlarda o da bildirilir ki, bu obyektdə sanitar-gigiyena qaydalarının tələbləri pozulur, elektrik enerjisindən və içməlu sudan istifadə zamanı müəyyən “sapmalar”a qol qoyulur. Bir sözlə, Rövşən Şahbazovun sahiblik etdiyi adsız obyektdə hər cür qanunsuzluqlara qol qoyulur ki, bu da cinayət əməli yaradan halların varlığıdır.
Məsələnin daha maraqlı və düşündürücü tərəfi ondan ibarətdir ki, bu obyekt hər həftənin 3-cü günü rayonun Şəhriyar kəndi ərazisində fəaliyyət göstərən “Mal bazarı”na olduqca yaxın ərazidə yerləşir. Elə bu yaxınlığın nəticəsidir ki, hər 3-cü gün həmin obyektdə əməlli-başlıca “mal alveri” baş tutur. Yəni, bu ünvanda şıdırğı “can alveri” gedir, alan kim, satan kim! Çünki, həmin obyektdə günəmuzd əmək fəaliyyəti ilə məşğul olan xanımın danışığına dörə, bu kafedə “görüşmək” üçün müəyyənləşdirilmiş bazarın qiyməti təqribən 15 manatdır. Deməli, baş verənləri təhlil edib belə qənaətə gəlmək olar ki, Rövşən Şahbazova məxsus olduğu bildirilən obyekt ictimai-iaşə müəssisəsi deyil, daha çox əxlaqsızlıq ünvanıdır. araz.az-a daxil olan başqa bir məlumata görə isə, Rövşən Şahbazov hansısa qurumda iş icracısı vəzifəsini daşıdığından o, çox zaman obyektdə tapılmır və belə bir səbəbdən də burada idarəçiliyi onun oğlu Kamran adlı şəxs həyata keçirir. Düşündürücü hal odur ki, nədən bu obyektdə baş verənlər yerli icra qurumlarında çalışan rəhbər şəxslərin, bələdiyyə rəhbərliyinin, hüquq-mühafizə orqanı əməkdaşlarının diqqətini cəlb etmir? Ola bilər ki, bu cür susqunluğun kökündə Rövşən Şahbazovun dopdoğmaca qardaşı, hansı ki, hal-hazırda Şirvan şəhər bələdiyyəsində sədr vəzifəsini daşıyan cənab Kürdoğlu müəllimin “işarəverən barmağı” əsas təsir gücünə malik olur. Ola bilər?!
Tam əksəriyyət o haqda da məlumata malikdir ki, mənşəyi bilinməyən əksər yolxucu xəstəliklər, məhz belə bir ünvanlarda daha çox tüğyan etməkdədir. Gənc nəsl arasında yolxucu xəstəliklərin geniş yayılması haqda söylənilən açıqlamalardan bəlli olur ki, bu cür obyektlərin sahibləri, məhz belə bir xoşagəlməz problemin əmələ gəlməsində daha çox məsuliyyət daşıyırlar. Hal-hazırda bu obyektdə atılan addımların varlığını eşitdikcə, sanki öz-özlüyümüzdə təəssüf hissi keçiririk və qeyd olunan iyrənc əməllərin baş verməsinə cavabdehlik daşıyan vəzifə sahiblərinin fəaliyyətlərini tənqid etməkdən də çəkinmirik.
Onu da bildirək ki, 22 iyul 2020-ci il tarixdə “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020─2024-cü illəri əhatə edən Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Prezident İlham Əliyev, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Sərəncam imzalayıb. İmzalanmış Sərəncamda insan alverinə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi, normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi, dövlət qurumlarının qarşılıqlı fəaliyyətində səmərəliliyin artırılması, Azərbaycan Respublikasının bu sahədə beynəlxalq öhdəliklərinin icrasının təmin edilməsi, Daxili İşlər Nazirliyinin həmin Milli Fəaliyyət Planında nəzərdə tutulan tədbirləri aidiyyəti dövlət qurumları ilə birlikdə həyata keçirməsi, ələlxüsus nəzərdə tutulan tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verilməsi xüsusi qeyd olunub. Qarşıya belə bir ciddi tələblər qoyulsa da, baş verənləri təhlil edib o qənaətə gəlmək olar ki, bu gün Sabirabad RPŞ-nin əməkdaşları Rövşən Şahbazova məxsus obyektdə yaşananlarla bağlı ölkə rəhbərinin imzaladığı “Milli Fəaliyyət Planı”ndan irəli gələn tələblərə məhəl qoymurlar. Belə bir halın varlığı, məhz ortaya çoxsaylı sualların çıxmasına da səbəb olmaqdadır. Çünki, yaş həddindən asılı olmayaraq qadınların cinsi istismara məruz qalmalarına şəraitin yaradılması, məhz məsuliyyət yaradan haldır. O halda sual oluna bilər ki, nədən Rövşən Şahbazov bu yöndə məsuliyyətini hiss etmir, yaxud da hiss etmək istəmir? Deməli, ... //araz.az//