O da hər kəsə bəllidir ki, xeyli müddət bundan öncə Xaçmaz rayon Suvarma Sistemləri idarəsinin rəisi Vaqif Səlimovun qol qoyduğu qanunsuzluqlar barədə dərc etdiyimiz açıqlamalardan sonra, deyəsən o, yamanca “xod getməyə” başlayıb. Ümumiyyətlə, “xod getmək” yaxşı əlamətdir, amma hansısa yolu gedərkən, yaxud da hansısa mövzu haqda danışarkən, məsələlərə münasibət bildirərkən və s. heç vaxt “sürət həddi”ni aşmayasan. Əgər kimsə “sürət həddi”ni aşarsa, çox zaman bu acı sonluqla da nəticələnə bilər. Belə bir səbəb üzündən də, dəyərli dostlara, qiymət verdiyimiz hər kəsə, şəxsiyyətinə hörmət etdiyimiz insanlara tövsiyyəmiz odur ki, “xod gedərkən” bir az diqqətli olmaq gərəkdir. Belə bir tövsiyyələrimizi hər kəsə bildirməyimizə baxmayaraq, şəxsiyyətinə hörmət etdiyimiz Xaçmaz rayon Suvarma Sistemləri idarəsinin rəisi Vaqif Səlimov isə, son vaxtlar KİV nümayəndələrinə qarşı “xod getməyə” başlayıb. Məsələn, əldə etdiyimiz məlumatlara görə o, bir müddət bundan əvvəl bəzi media nümayəndələrinə kəskin iradını bildirir ki, “Siz məndən yazmaqla nəyə nail olacaqsınız?. Mənim “arxa-dayağım” komitəmizin sədri cənab Əhməd Əhmədzadədir. Bugünə kimi yığdığımı yığmışam, yediyimi yemişəm. Tutaq ki, məndən yazırsınız, məni işdən çıxardırlar, o halda mən heçnə itirəsi deyiləm, gedin nə bacarırsınızsa, onu da yazın” deyir.
Əslində belə bir yanaşma bu gün hər kəsi düşündürməli, hər kəsi götür-qoy etməyə vadar etməlidir. Axı, necə ola bilər ki, hakimiyyətin ən yuxarı kürsüsündə vəzifə sahibi olanlar media təmsilçilərinə qarşı diqqətlə yanaşır, hörmət və ehtiramlarını bildirirlər. Vaqif Səlimova gəldikdə isə o, KİV nümayəndələrini saya salmır, hətta aşağılayıcı münasibət bildirməkdən belə əl çəkmir. Bütün bunlar qalsın bir yana, Vaqif Səlimovun qanunsuzluğa söykənən iş fəaliyyəti haqda əldə etdiyimiz məlumatlara görə, onun bugünədək əldə etdiyi gəlirlərin daha çoxu büdcə vəsaitlərinə “əl gəzdirməkdən” keçib. Məslən, hər il komitədən müxtəlif layihələri həyata keçirmək üçün SSİ-nə külli miqdarda pul vəsaiti ayrılır. Bu zaman Vaqif Səlimov ayrılan vəsaitlərin çoxunu guya ki, bir çox layihələrin həllinə yönəldir adı altında mənimsəyir. Əldə etdiyimiz başqa bir məlumatlara görə o, təkcə belə bir yollarla hər kvartalda yüz minlərlə vəsaiti “çıxdaş edir”. İdarənin balansında olan texnikaların təmiri adı altında ayrılan vəsaitlər də, məhz Vaqif Səlimov tərəfindən “həzmi-rabedən” keçirilir. Rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin suvarma suyuna ehtiyacı olarkən, idarə rəisinin bəxti “gül açır”. Yəni, su təminatından manipulyasiya etmək üçün minbir rola girən Vaqif müəllim, suyun hər kubunu qəbul olunmuş “Səlimov qanunları”na uyğun satışa çıxarır. Belə bir halın varlığı isə, ümumi ictimai narazılığına baş qaldırmasına gətirib çıxaran hal olur ki, bundan da daha çox sıravi sakinlər əzab çəkirlər.
Bütün bu kimi amillərin varlığının nəticəsidir ki, bu gün Vaqif Səlimov həm davranışına, həm də maliyyə imkanına görə Xaçmazda ən “xod gedən” vəzifə sahiblərindən biri hesab olunur. Amma onu da unutmaq olmaz ki, Xaçmaz rayon Suvarma Sistemləri idarəsinin rəisi Əhməd Əhmədzadəni arabir “Benladen” adlandırmaqdan da ehtiyat etmir. Öz-özlüyümüzdə belə bir yanaşmanın hardan qaynaqlandığını, onun adı çəkilən şəxsə qarşı belə bir fikiri ifadə etməsinin varlığını heç cür başa düşə bilmirik. Dünən günorta saatlarından sonra əməkdaşlarımız SSİ-də olarkən, məhz Vaqif Səlimovun iş otağında keçirilən “mini müşavirə” də belə bir danışdıqlarını eşidib, sanki şoka düşürlər. Qeyd etdiyimiz bu kimi faktla bağlı həyata keçirilmiş çəkiliş, yəqin ki, sadaladıqlarımızı tam təsdiq etməyə əsas verir.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Nyus.Az