Axtarış...

İran prezidenti bu gün xalqa müraciətlə çıxış edəcək

İran prezidenti İbrahim Rəisi Məhsa Əmininin qətlindən sonra baş verən iğtişaşlarla bağlı bu gün xalqa müraciət edəcək.

İran prezidenti xalq qarşısında çıxış edəcək.

Xatırladaq ki, sentyabrın 16-da Tehranda 22 yaşlı Məhsa Əmini hicabı səhv taxdığı üçün polis tərəfindən vəhşicəsinə döyülərək öldürülüb. Bunun ardınca kütləvi aksiyalar başlayıb, qadınlar nümayişkaranə şəkildə hicablarını yandırmağa, saçlarını kəsdirməyə başlayıblar.
Text-to-Speech

DİNLƏ






Şərh yaz