"Mott MacDonald” şirkəti ilə bağlanan müqavilə əsasında Bakı şəhərində bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin idarə olunması işlərinin birinci mərhələsi yekunlaşıb.
Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Məlumatda paytaxtın Nərimanov rayonunda Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Monitorinq Mərkəzi yaradıldığı deyilir.
Bildirilir ki, konsepsiya çərçivəsində üç aya yaxındır ki, Bakı şəhərində işlər gedir, yeddi rayonda (Səbail, Nərimanov, Yasamal, Nəsimi, Binəqədi, Nizami və Xətai) məişət tullantıları üçün yeni müasir konteynerlər qoyulub, digər rayonlarda da yeni konteynerlərin qoyulması nəzərdə tutulub.
Konsepsiyanın başa çatdırılması və tam şəkildə işə həyata keçirilməsi işləri 2019-cu ilin sonu 2020-ci ilin əvvəlinə nəzərdə tutulub.
Növbəti addımların əhali arasında maarifləndirmə işlərinin aparılması və pilot araşdırmalar olacağı qeyd olunur. Pilot araşdırmaların məqsədinin Nərimanov rayonunda təkrar emal üçün tullantı konteynerlərinin yerləşdirilməsi və insanların yeni tullantı modelinə adaptasiyasının öyrənilməsi olduğu bildilir.