Axtarış...

Cahangir Əsgərovu GÖYDƏN YERƏ ENDİRƏ BİLMİRİK... - Cəfasını millət çəkir...

Cahangir Əsgərovu GÖYDƏN YERƏ ENDİRƏ BİLMİRİK... - Cəfasını millət çəkir...


Azərbaycan koronavirus pandemiyası səbəbindən 2 ildən çoxdur quru sərhədlərini bağlayıb. Ölkəyə giriş-çıxış edənlər isə məcbur hava yollarından istifadə edirlər. “Azərbaycan Hava Yolları”nda (AZAL) aviabiletlər müqayisədə hədsiz bahadır. Yəni bu qiymətlər vətəndaşların cibinə uyğun deyil. Artıq sentyabr ayına az qalıb. Minlərlə xaricdə təhsil alan tələbə məcburən hava nəqliyyatından istifadə edəcək. AZAL isə qiymətləri günü-gündən artırır.

Məsələn, Bakı-İstanbul reysinə bilet 1322 manata təklif olunur.

Millitv.az-ın məlumatına görə, AZAL-ın inhisarçılıqla məşğul olduğunu deyən iqtisadçı Fuad İbrahimov “Şərq”ə bildirib ki, biletlərin baha olması əhali ilə yanaşı turizmin inkişafına da təsir edir: “Ölkədəki digər aviaşirkətlər də uçuşları AZAL-la sövdələşmiş şəkildə həyata keçirir. Digər tərəfdən Azərbaycanda lokosterlər yoxdur. "Buta" şirkətindəki qiymətlər isə digərlərindən fərqlənmir. Buna iqtisadi münasibətlərdə birinci dərəcəli qiymət diskriminasiyası deyilir. Onlar bilirlər ki, digər alternativ yollar qapalıdır. Xaricə gediş isə labüddür və buna ehtiyac var. Ona görə də inhisarçılıq edərək qiymətləri qaldırırlar. Ölkədən kənara gedənlər də məcburən bu qiymətə uçuş edirlər. Ölkə rəhbərliyinin təşəbbüsü ilə İnvestisiya Holdinqi yaradıldı. Bu holdinq qiymətlərin elastikliyinə və sağlam rəqabət mühitinə nəzarət üçün yaradılmışdı. Təəssüf ki, bu da AZAL-a heç bir dəyişiklik gətirmədi. Əksinə, sabotajları daha da artdı. Qiymətin bahalığı ölkəyə gələn turistlərin də sayını azaldaraq turizmə ciddi ziyan vurdu”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz