Son aylar koronavirusun “Omikron” ştammının yayılması ilə ölkələr bir sıra məhdudiyyətlərə gedib.
ABŞ-ın təyyarə uçuşlarına nəzarəti həyata keçirən FlightAware platforması dekabrın 25-də bütün dünyada 2 850 təyyarə reysinin ləğv edildiyini elan edib.
Məlumatda o da qeyd olunur ki, eyni gündə 9 minə yaxın təyyarə reysi də təxirə salınıb. İzah edilir ki, bu qərarlara yeni növ koronavirus (COVID-19) infeksiyasının “Omikron” ştammı səbəb olub. Belə ki, “Omikron” ştammının uçuş heyətinə təsir göstərməsi və hava yollarının qeyri-kafi kadrlarla işlədiyi qeyd olunur.
Maraqlıdır, Azərbaycanda da “Omikron” ştammı ilə əlaqəli olaraq, uçuşlar təxirə salınacaqmı?
Millitv.az xəbər verir ki, məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında “Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Mətbuat katibi Paşa Kəsəmənski məlumatsız olduğunu deyib:
"Bu barədə yalnız Operativ Qərargahın qərarı olmalıdır. Yalnız onlar nəsə deyə bilər".