Axtarış...

Cibimizi və büdcəni “uçuran” AZAL... - Milyonları göyə sovururlar

Cibimizi və büdcəni “uçuran” AZAL... - Milyonları göyə sovururlar

Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyəti (AZAL QSC) ilə bağlı dəlil və sübutlar göstərilərək çox sayda tənqidi materiallar yayılıb.

AZAL prezidenti Cahangir Əsgərovun dəyəri milyardlarla ölçülən biznes şəbəkəsi, o cümlədən ailə üzvlərinin adına rəsmiləşdirilən şirkətləri, otelləri olduğu artıq heç kimə sirr deyil. O cümlədən hər kəs bilir ki, AZAL ölkədə uçuşları həyata keçirən tək monopolist şirkətdir. Yəni AZAL-ın birinci vəzifəsi insanları hava yolu ilə təhlükəsiz və sərfəli şərtlərlə gedəcəkləri ölkələrə çatdırmaqdır. Amma AZAL özü yox, qiymətləri “uçur”. Bu gün AZAL dünyanın ən bahalı xidmət göstərən hava yolu şirkətlərinin başında gəlir. Bütün bunların müqabilində isə AZAL hər ilin yekununda ili zərərlə başa vurduğunu açıqlayır. Zərər isə məlum olduğu kimi, hər il dövlət büdcəsi hesabına ödənilir. Yəni vətəndaşların ödədiyi vergilər hesabına qiymətləri “uçan”, özü isə zərərlə işləyən AZAL-a yardım edilir. Məsələn, 2020-ci ildə dövlət büdcəsindən AZAL-a 86 milyon 900 min manat vəsait ödənilib.

“Dövlət büdcəsindən ayrılan maliyyə dəstəyi ilk növbədə AZAL-da və onun tabeli təşkilatlarında çalışan işçilərin əməkhaqqları və ona bərabər tutulan ödənişlərə, xarici və daxili qurumlar qarşısında olan kreditor borclara, kommunal və bir sıra digər minimal əməliyyat xərclərinin ödənilməsinə yönəldilib”,-deyə Maliyyə Nazirliyinin rəsmi məlumatında deyilir.

Onu da əlavə edək ki, 2020-ci ilin dövlət büdcəsində AZAL-a 230,9 milyon manat vəsait ayrılıb. Təbii ki, pandemiya dövrünün bütün sahələrə zərər vurduğu bəllidir. Ölkələr hava, quru sərhədlərini qapadıb və AZAL-ın belə bir məqamda uçuşlar həyata keçirməsi mümkün deyildi. Ona görə də AZAL-ın 2020-ci ili zərərlə başa vurmasına haqq qazandırmaq olar, necə ki, AZAL və digər aidiyyəti qurumlar bunu edir.

Bəs 2018-ci ildə AZAL-ın pul qazanmasına nə mane olurdu?

Yenə də rəsmi rəqəmlərə görə, AZAL (AZAL, “BUTA”) 2018-ci ildə ümumilikdə 208 milyon 233 min manat zərərə məruz qalıb. Bu zərər isə 2017-ci ildən 20.8 faiz çox olub. Yəni AZAL 2017-ci ildə 173 milyon 527 min 500 manat zərər edib. Bazarda rəqabət edəcək alternativ şirkətin olmadığı bir halda qiymətləri özü təyin edən, yanacağı isə dövlətdən pulsuz alan bir şirkətin – AZAL-ın zərərlə işləməsi, bunun müqabilində şirkətin prezidenti Cahangir Əsgərovun milyard dollar dəyərindəki biznes imperiyasının olması barədə söyləntilər onu deməyə əsas verir ki, onlar təkcə insanların cibini soymur, həm də dövlət büdcəsini “uçurur”.

Yoxsa hava nəliyyatı ilə sərnişindaşımanın 99,8 faizi dövlətə məxsus “Azərbaycan Hava Yolları” QSC-nin payına düşdüyü halda AZAL niyə zərərlə işləsin ki?
Cebhe.info
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz