Onu 4-5 il olar ki, tanıyıram. Qıpçaq türküdür və Moskvada yaşayır. Paranormal mövzular üzrə araşdırmaçı, ufoloq alimdir. Güclü hissiyyata malik bu gəncin qeri-adi qabiliyətləri var. (Bu barədə sonrakı yazılarda bəhs edəcəyəm) Bir neçə xarici dildə sərbəst danışır, geniş intelektə və zəngin mütaliə mədəniyyətinə malikdir. Özünün dediyinə görə, dünyanın yarısını gəzib. Ondan ilk dəfə müsahibə alanda dərin biliyi, olduqca məlumatlı olması ilə məni heyrətləndirmişdi. Bəşəri və türk tarixini gözəl bilir. Qalaktikamız haqqında adi adamların bilmədiyi çox sirlərə malikdir. Sumqayıtda doğulub boya-başa çatıb. Ali təhsilini Moskvada alıb. Yay aylarında məzuniyyətini Baklda keçirir. Gələn kimi məni aradı və fürsətdən istifadə edib onu son yeniliklər barədə sorğu-sulala tutdum.
Beləliklə Millitv.az-ın qonağı Aron Yanukayevdir.
-Verdiyiniz proqnozlar adətən özünü doğruldur. Rusiya -Ukrayna müharibəsinin nə vaxt bitəcəyi barədə nə deyə bilərsiniz?- Ukrayna Rusiya müharibəsi hələ bir müddət davam edecək.
Putin yaxşı anlayır ki, Qərbi çökdürmək üçün bu müharibə davam etməlidir. Digər tərəfdən, ABŞ və Avropa da Rusiyanı iflasa sürükləmək üçün müharibənin uzanmasını istəyir. Görünən odur ki müharibə Rusiya və Avropa dövlətləri ilə yanaşı, postsovet ölkələrinə, o cümlədən Azərbaycana da mənfi təsir göstərir. Rusiyanın potensialının sanksiyalar vasitəsilə qısa zamanda məhv ediləcəyini düşünənlər yanılırlar. Çünki ABŞ-ın düşmənləri -Şimali Koreya, Çin, Venesuela kimi ölkələr Rusiya üçün faktiki satış bazarlarıdır. Necə deyərlər, düşmənimin düşməni mənim dostumdur. Hindistan, Afrika kimi ölkələri də nəzərə alsaq, Rusiyanın ABŞ-ın diqtə etdiyi şərtlərlə geri çəkiləcəyi indilik inandırıcı görünmür. Ukrayna və Rusiyanın taxil ixracı ilə məsgul olan ölkələr olduğunu nəzərə alsaq, dünyanın bir çox ölkələri qışda və yazda taxıl qıtlığı ilə üzbəüz qala bilər. Bu isə unun qiymətinə təsir götərən ciddi amildir. Ukraynanın taxil bazarindan çıxması və Rusiyann taxıl satısından imtina etməsi problemlər yaradacaq. Hazırda Qazaxıstan və Cinin də taxıl satışını məhdudlaşdırması idxaldan asılı olan ölkələrin iqtisadiyyatına ciddi zərbə vuracaq.
-Son illər Azərbaycan intiharların sayına görə dünyada ilk onluğun sıyahısına düşüb. Bəzi ekstrasens və parapsixoloqlar bunu kosmosda baş verən dəyişikliklərə, maqnit qasırğaları və s. ələqələndirirlər. Bu fikrə münasibətiniz.
-İntiharların sayının rekord həddə yüksəlməsinin kainatda baş verən proseslərlə heç bir əlaqəsinin olmadığını demək səhv olardı. Bu proseslər iradəsi zəif adamlara təsir edir və onlara problemlərdən çıxış yolu kimi intiharı təlqin edir. İnsanlar sosial və məişət problemlərindən, depressiyaya düşdüklərinə görə bu yolu seçirlər. Dünyanın yaşayış səviyyəsinə görə ən yaxşı sayılan ölkələrində belə intiharlara tez-tez rast gəlinir və bunların çoxu şəxsi problemlərdən qaynaqlanır.
-Tanınmış psixoloq Dəyanət Rzayevin özünü öldürməsinə indiyədək çoxları inanmır və onu yaxşı tanıyanlar intihara əl atacaq bir insan olmadığını əsas gətirirlər..
-Mən o vaxt Baklya gəlməyi planlaşdırırdım, onunla da görüşmək istəyirdim. Özümə söz vermişdim ki, Bakıya gələn kimi onu axtarıb tapacağam. Çünki ondan çox nigarandım. Lakin Baklya gələndə Dəyanətin intihar etdiyini eşidib çox kədərləndim. Amma bu xəbər mənim üçün gözlənilməz olmadı. Buna görə də psixoloqun öldürüldüyü barədə o vaxt yerli mətbuatda səslənən ehtimalları qəbul etmirəm. Çünki Dəyanətin intihar etdiyindən əminəm. 6 il bundan əvvəl biz onunla Moskvada bir məclisdə tanış olduq. Rusiyada kifayət qədər tanınan həkim dostumuz Azərbaycandan gələn dostlarını qonaq çağırmış, məni də o məclisə dəvət etmişdi.
Biz onunla masa arxasında yanaşı oturmuşduq. Az keçmədən aramışda maraqlı söhbət başladı. Mənim işlədiyim sahə ilə bağlı suallar verirdi. Bu barədə düşüncələrini də mənimlə bölüşdü. Paralel dünyaların mövcudluğuna inandığını , bu barədə çox kitablar oxuduğunu deyərək , sonra qəribə bir söz işlətdi. Dedi ki, izsiz-soraqsız şəkildə bu dünyadan yox olmaq istəyir. Həyat onu çox yorub. Açığı ondan belə bir fikir gözləmirdim. Onu güclü, nikbin, pozitiv bir insan hesab edirdim. Söhbət davam etdikcə Dəyanətin dərin depressiyada olduğunu hiss etdim. Həyatın çətinliyindən, insanların biganələyindən gileylənərək, Azərbaycanda intiharların sayının artmasının onu narahat etdiyini dedi. Maddiyyatın mənəvi dəyərləri üstələdiyini, mövcud sosial bərabərsizliyin insanları çarəsizliyə sürüklədiyini , kütləvi ümidsizliyin mənəvi böhrana yol açdığını və bu dürumdan çıxış yolu görmədiyini söylədi. Mən bacardığım qədər ona təsəlli verdim, hər şeyin yaxşı olacağına inandırmağa çalışdım. Amma Dəyanəti pessimist fikirlərdən uzaqlaşdıra bilmədim. O gün mən onun simasında ölümün rəngini gördüm. Özümü inandırmağa çalışdım ki, düşündüyüm hərəkətə əl atmaz. Çünki onun həyat dolu insan olduğunu eşitmişdim.
Amma Dəyanətin ölüm xəbərini eşidəndə yanılmadığımı anladım. Tanıdığım ən məşhur psixiatrlar, psixoloqlar bu kədərli taleyi bölüşüblər. Cismi müalicə etmək asandır, ruhun müalicəsi isə çox çətindir. Hər bir ruhi xəstənin müalicəsi həkimin psixikasına öz dağıdıcı təsirini göstərir. Buna görə də həmin sahənin mütəxəssizləri ən təhlükəli risq qrupuna aiddirlər. Onlar uzun illərdən sonra ya dəli olur, ya da intihar edərəkl künüllü şəkildə həyatı tərk edirlər.
- Xaos planı nədir və kimlər tərəfindən hazırlanıb? Bu plan özündə nələri ehtiva edir?
- Xaos planı dünya üçün ən agır problem olaraq 4 ailə tərəfindən hazırlanıb. Bu plan əsasən yoluxucu xəstəliklərin, müharibələrin öldürdüyündən daha cox insanı qısa zamanda məhv etməyi nəzərdə tutur. Həmin plan ötən əsrin əvvəllərində hazırlanıb və tədricən həyata keçirilib və bu yaxınlarda isə daha da aktivləşdirilib. Onun həyata keçməsi üçün ərzaq və icməli su qıtlığı kifayət edəcək. Çünki bu böhran insanları xaosa sürükləyir. İnsanlar sağ qalmaq uğrunda hər yola əl atır. Bu plan bəşər övladının öz-özünü məhv etməsinə hesablanıb. Güclülər zəifləri məhv edəcək, yalnız güclülər həyatda qalacaq.
- Son vaxtlar gələcəyə səyahət edənlər və paralel dünyaların mövcudluğu, kecid qapılarının kəşfi barədə xəbərlər davamlı şəkil alıb. Bu mövzuda bir ekspert olaraq nə deyə bilərsiniz?- Paralel dünyaların keçid qapıları barədə məlumatlar XIX əsrdən bəri məlumdir. Amma onlardan istifadə etmək mümkün deyil. Elmin imkanları hələ bunun üçün yetərli deyil. Paralel dünyalardan bizə gələnlərin olduğu məlumdur. Tuaret adlı ölkədən bizim dünyamıza keçən insanlar olub. Son 40 ildə aparılan araşdırmalardan sonra Misirdə tapilan qapılardan biri 30 saniyə ərzində acıq qalıb.
Amma heç kim ora keçmək istəməyib. Keçid qapısı bağlanmazdan əvvəl ordan gələn bəzi səsləri qeydə almaq mümkün olub. Həmin səslərin araşdırılması zamanı onların planetdəki heç bir səsə bənzəmədiyi bəlli olub.
- Bir tədqiqatçı kimi planetin gələcəyini necə görürsüz?
-Planetimizdə getdikcə iqlim dəyişkənliyi ozünü daha çox göstərir. Uzaq gələcəkdə yerdə yasayıs mümkün olmayacaq. O vaxta qədər insanlar yasana biləcek planetlər tapacaqlar.
Yer planetinin əkizləri olan çox sayda planetlər artıq askar olunub ki, orda yasayış mümkündür. Məsələn bizdən 4,5 isıq ili uzaqlıqda olan Kepler 152 A planeti yasayıs üçün, hətda deyərdim ki, Yer planetindən daha əlverişlidir. Bu planet Yerden 2,5 dəfə böyükdur. Alimlər ehtimal edirlər ki, bu planetdə su 3 halda mövcuddir. Maye, bərk və buxar halında okeanlar var və bunun kimi daha 15 planet daha var. Gələcəkdə alimlər indi ehtimal etdiklərini daha mükəmməl aparatlar vasitəsilə dəqiqliklə söyləyə biləcəklər.