İstanbulda Türkiyə, Rusiya, Ukrayna və BMT arasında taxıl böhranı mövzusunda danışıqlar başlayıb.
Millitv.az “Habertürk”ə istinadən xəbər verir ki, görüşdə 3 ölkənin Müdafiə Nazirliklərinin hərbi heyətləri və BMT nümayəndə heyəti iştirak edir.
Tərəflər Ukrayna limanlarında gözləyən taxıl yüklü gəmilərin hərəkət istiqamətini və təhlükəsizlik məsələlərini müzakirə edir.
Qeyd edək ki, fevralın 24-dən davam edən müharibə səbəbindən yük gəmiləri Ukrayna limanlarını tərk edə bilmədiyi üçün dünyanın bir çox ölkəsində taxıl böhranı yaşanır.
***
İstanbulda Ukrayna limanlarında gözləyən taxılın təhlükəsiz daşınmasını təmin etmək üçün BMT nümayəndələrinin iştirakı ilə Rusiya, Ukrayna və Türkiyənin hərbi nümayəndə heyətləri arasında danışıqlar başa çatıb.
Bu barədə “Anadolu” məlumat yayıb.