Bu gün Xocalı soyqırımının 27-ci ildönümüdür.
Qətliamın 27-ci ildönümü münasibətilə Rusiyanın Moskva şəhərində yaşayan soydaşlarımız maşınlarını Azərbaycan bayrağı ilə bəzəyərək yürüş ediblər.
Lakin yerli hüquq-mühafizə orqanının əməkdaşları bu yürüşün qarşısını alıb.
Maşınları saxladan polis əməkdaşları bayraqları söküblər. Manej meydanında saxlanılan həmyerlilərimiz Kitay Qorod rayonunun polis şöbəsinə aparılırlar.(yenicag.az)