Bu gün Milli Məclisin üzvü, parlamentin komitə sədri Tahir Mirkişili İtaliyaya gedəcək.
Çox gözəl. Əlbəttə, bizim deputatlarımız nə qədər xarici ölkələrdə olsalar, görüşlər keçirsələr, dövlətimiz üçün əhəmiyyətlidir.
Axı, düşmənlərimiz ermənilər az qala dünyanın yarısında diaspora qurublar.
Biz də məcburuq bunlara adekvat cavab verək.
Amma deputat Tahir Mirkişili 10 dəfə Avropaya, Amerikaya gedəndə, 1-cə dəfə də öz “bala vətəni” Qubadlıya, Zəngilana getsə nolar.
Tahir Mirkişili, axı, sən 1977- ci ildə Qubadlı rayonunda anadan olmusan.
Bircə dəfə, Sumqayıtda, Bakıda, ya da rayonlarda məskunlaşmış qaçqın insanlarla maraqlanmısanmı ?
Bizim məqsədimiz, sizi “topa tutmaq” deyil ee..
Axı, siz millət vəkilisiniz, millət, aydın oldu ?
Sizin döşünüzdəki nişanda MİLLƏT VƏKİLİ yazılıb, Tahir Mirkişili..
Tahir Mirkişili, siz, parlamentdə, İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin sədrisiniz.
Bircə dəfə sahibkarlıq, gömrük problemi ilə bağlı məsələ qaldırmısınızmı ?
Əlbəttə, yox.
Bəs siz kimin millət vəkilisiniz ?
Gedib ATƏT-də-zadda çıxış etməklə deyil e, Mirkişili...
Deputat olduğun Sumqayıtda minlərlə, bəlkə də on minlərlə yerindən-yurdundan, Zəngilandan, Qubadlıdan, Laçından didərgin düşmüş insanlar var. Niyə bircə dəfə onların problemləri ilə maraqlanmırsan ?
Fikrində ancaq göydələn, tikinti biznesi-filandır.
Cənab Mirkişili, neçə binaya “krışa”lıq edirsən ?
Cənab Mirkişili, sən “Qaçqınkom”-un deputatısan, yoxsa...?
Cənab Mirkişili, səni “Abşeron City” ilə nə bağlayır ?
Deputat Mirkişili ilə “Qacqınkom”un sədri Rövşən Rzayevi nə birləşdirir ?
Deputat Tahir Mirkişili ilə qardaşı Şahin Mirkişilinin ortaq biznesinə nələr daxildir?
Bu barədə növbəti yazıda. //gundelik-baku.com//