"Instagram" istifadəçiləri və Britaniya mətbuatı Nigeriyadan olan beş yaşlı uşağı dünyanın ən gözəl qızı kimi tanıyıblar.
Millitv.az "Lenta.ru" saytına istinadən bildirir ki, Ceyr adlı qız uşağının fotoşəkillərini fotoqraf Mofe Bamaiva öz akkauntunda paylaşıb. O bildirib: "Bəli o, insandır! Lakin həm də mələkdir".
Fotoqraf qeyd edib ki, qızın iki gözəl simalı və güclü xarakterli bacısı var. Qızın şəkilləri bir neçə gün ərzində minlərlə bəyənmə toplayıb.