Axtarış...

Savadsız gənclər, ana dilini bilməyən uşaqlar, ilbəil pisləşən qəbul nəticələri...

Savadsız gənclər, ana dilini bilməyən uşaqlar, ilbəil pisləşən qəbul nəticələri...
Artıq yay mövsümü bitmək üzrədir. Yeni dərs ili yaxınlaşır. Valideynləri isə narahat edən məqamlardan biri, keçən illə müqayisədə üzümüzə gələn təhsil ilində hansı “sürprizlərlə” qarşılaşacaqlarıdır. Nəzərə alsaq ki, qəbul nəticələri hər il yüksəlmək əvəzinə aşağı düşür, ölkədə adını yaza biıməyən gənclərin sayı get-gedə artır, savadsızlıq baş alıb gedir, bu baxımdan valideynlərin narahatlığı başa düşüləndir. Təbii ki, problemi təkcə şagirdlər və müəllimlərdə axtarmaq birtərəfli yanaşma olardı. Məsələ bundadır ki, sovetlərdən sonra Qərb təhsil sisteminə inteqrasiya etmək xətti əsas götürülsə də, bu proses nəzərdə tutulan kimi getmədi. Daha dəqiq desək, əvvəlki təhsi sistemindən tam imtina edib qərb təhsil sistemini yaxşı öyrənmədən, onun təhsilvermə prinsiplərinə bələd olmadan və bu sistemi tədricən öyrənib və öyrədib podaqoqları mükəmməl şəkildə hazırlamadan prosesə start verildi. Nəzərə alınmadı ki, keçid dönəmi müəyyən ləngimələr tələb edir.Savadsız gənclər, ana dilini bilməyən uşaqlar, ilbəil pisləşən qəbul nəticələri... Müşahidələr göstərir ki, hələ də nə qədər müəllim var ki, müasir dərsliklərlə təlim- tədris mexanizmində çətinlik çəkir, kurikulumun nə olduğunu tam dərk etmir. Özü başa düşmədiyini müəllim şagirdinə necə tədris edib öyrədə bilər? Habuki sovet təhsil sisteminin( bəzi fənlər istisna olmaqla) ən yüksək səviyyədə olduğunu bu gün qərb analitikləri də təsdiqləyir. Sovet məktəb sisteminin ən mühüm üstünlüklərindən biri o idi ki, şagirdin valideynlərinin sosial və maddi vəziyyəti məktəbdəki nəticələrə heç bir təsir göstərmirdi. Bütün uşaqlar bərabər şəraitdə idilər, eyni proqram üzrə təhsil alırdılar, ona görə də yol hamıya açıq idi. Digər müsbət cəhəti isə onun əlçatanlığı idi. Sovet təhsil sistemi ilə Amerika və ya Britaniya təhsili arasındakı əsas fərq təhsilin bütün hissələrinin birliyi və ardıcıllığı idi. Belə ki, ibtidai, orta məktəb, texnikum, universitet, aspirantura, doktorantura gənclərin təhsil vektorunu dəqiq planlaşdırmasına imkan verirdi. Hər bir mərhələ üçün vahid proqramlar və tələblər hazırlanırdı. Savadsız gənclər, ana dilini bilməyən uşaqlar, ilbəil pisləşən qəbul nəticələri...Şagirdlər hər hansı bir səbəbdən məktəbi dəyişdirdikdə, materialı yenidən öyrənməyə və ya yeni formada qəbul edilmiş sistemi anlamağa ehtiyac yox idi. Bu gün isə özəl təhsil müəssisələri hərə öz bildiyi təhsil sistemini tətbiq edir. Məsələn , bizimlə qonşuluqda yerləşən Avropa- Azərbaycan məktəbində dərslər ana dimizdə deyil, ingils dilində keçilir. Məktəbdə uşaq bağçası fəaliyyət göstərir. Ora uşaqlar 3 yasından qəbul olunur və təlim -tərbiyə yenə də ingils dilində aparılır. İngilis dilinin tədrisinə qarşı deyiləm. Amma öz dilini bilməyən, Vətəni sevmək, onu qorumaq barədə, Şəhidlərimiz haqqında heçnə bilməyən məzunların ölkəmiz üçün hansı faydası ola bilər? Bu gün müəllimlər şikayət edirlər ki, məktəblilərin dərsə həvəsi yoxdur, bir çox orta məktəb şagirdləri öz gələcəkləri üçün məsuliyyət hiss etmirlər. Bəs niyə görə indi müəllimlər motivasiya yarada bilmirlər? Çünki uşaq beyni yorulur, lüzumsuz informasiya yükü şagirdə əsas bilikləri mənimsəməyə imkan vermir.Savadsız gənclər, ana dilini bilməyən uşaqlar, ilbəil pisləşən qəbul nəticələri...Bunun günahı isə nə müəllimdə , nə də şagirddədir. Təhsil nazirliyi bu gün biliklərin mənimsənilməsi üçün yollar aramaq əvəzinə, ikinci dərəcəli( vahid məktəbli forması, dərsliklərin yanız xarici görkəminə diqqət verilməsi və s. məşğul olur. Habuki məktəb dərsliklərinin içinin səhvlərlə dolu olması, kitab yazan “alimlərin” kimlərinsə adamı təyin edilməsi şagirdlərin savadsızlığında az rol oynamır.)məsələrə daha çox diqqət ayırır. İndi sinifdə ikinci ilə uşaq saxlamağa, ona iki, üç qiymətlər yazmağa qorxurlar. Əvvəlki təhsil sistemində isə fənlər üzrə qiymətlər əldə edilmiş biliyə uyğun gəlirdi. İkinci ilə qalan uşaq təkcə digər uşaqların qarşısında utanc deyil, həm də təhsil almaq üçün güclü bir stimul əldə edirdi. Həmin şagird oxumalı idi, başqa yolla nəticə qazanmaq mümkün deyildi. Zəif şagirdi problemləri və uğursuzluqları ilə tək qoymurdular. Əlaçı şagirdlər onu öz himayəsinə götürür və nəticə əldə olunana qədər onu rahat buraxmırdılar. Bu gün “məktəbdə dərs-evdə dərs” sindromu yaşayan müəllimin fiziki yorğunluğu, ruh düşgünlüyü onun təhsulvermə fəaliyyətinə oluqca mənfi təsir göstərir. 30 il evvəl isə məktəb biliyi repetitor tutmadan universitetə daxil olmaq üçün kifayət edirdi. Bu gün psixoloqlar mobil telefonların uşaqların təkcə səhhətinə deyil, təhsilinə də mənfi təsiri barədə həyacan siqnalı qaldırırlar. Amma valideynlər özlərinin yaratdığı bu bəlanın öhdəsindən gələ bilmirlər. İndi hətta bağça uşaqlarına belə mobil telefonlar alındığı sirr deyil. Savadsız gənclər, ana dilini bilməyən uşaqlar, ilbəil pisləşən qəbul nəticələri...Sovet məktəbi isə şagirdin asudə vaxtını əhatə edir, hobbiləri ilə maraqlanırdı. Məcburi olan bölmələr, dərsdənkənar tədbirlər, demək olar ki, məqsədsiz əyləncəyə vaxt qoymur və müxtəlif sahələrdə əlavə təhsilə maraq yaradırdı.Uşaqların demək olar ki, hamısını valideynlər ya idman, ya da müsiqi bölmələrinə yazdırırdılar. O dövrdə məktəbdə müəllim yüksək sosial statusa malik idi. Müəllimlərə dəyərli və ictimai əhəmiyyətli şəxsiyyət kimi hörmət edilirdi. Məktəb haqqında filmlər çəkilir, mahnılar bəstələnir, onlardakı müəllimləri ziyalı, namuslu, yüksək əxlaqlı, nümunə götürülməli insanlar kimi təqdim edirdilər. Müəllim olmaq şərəf sayılırdı. Bu gün isə video- görüntülərdə müəllimlərin valideynlər və şagirdləri tərəfindən təhqir edilməsi, hətta şagirdi tərəfindən döyülməsi kimi qəbulonmaz mənzərələrə şahidlik edirik.Savadsız gənclər, ana dilini bilməyən uşaqlar, ilbəil pisləşən qəbul nəticələri...
Sovet təhsilindən yazmaqda məqsədim heç də bu sistemi ideallaşdırmaq deyil. Söhbət yaxşı cəhətlərin tətbiq edilməsindən, mənfidən uzaqlaşıb müsbəti əldə etməkdən gedir. Müasir təhsi sistemininin tətbiqindən keçən uzun illərin müşahidəsi göstərdi ki, Qərb təhsili də bizim güman etdiyimiz kimi. ideal deyilmiş və kifayət qədər qüsurlar varmış.( Bizim niyə görə, milli təhsil sistemimizi yaratmadığımız, sovet və qərb təhsili arasında qalmağımız isə başqa söhbətin mövzusudur. Yaxın günlərdə bu mövzunu mütəxəssizlərlə birgə müzakirə edəcəyik.)
Bu gün repititorluq savadsızlığın əsas bəlalarından biri kimi göstərilir. Biz həmişə səbəb deyil, nəticəyə diqqət yetirməyə adət eləmişik. Müəllim repititorluğa kefindən getmir. Müəllimlərin maaşı o həddə olmalıdır ki, müəllim məktəbdə əsas peşəsinə qarşı laqeydlik etməsin. Məişət problemləri onu həvəsdən salmasın. Müəllim aldığı maaşın azlığına görə sinifdə deyil, evdə daha keyfiyyətli təhsilə üstünlük verir. Beləliklə də müəllim marağında olur ki, şagird məktəbdəki təhsilə deyil, pulla evdə tədrisə meyl göstərsin. Onların maaşı problemlərini həll etmək səviyyəsində olsa, təbii ki, tepititorluğa meyl etməz, sinifdə keyfiyyətli təhsil verməyə maraq göstərər. Onlarda yardıcılıq, axtarib öyrənmə, öz üzərlərində təkrarən işləmə stimulu yaranar.
Qeyd etmək lazımdır ki, savadsızlaşmanın ictimai fəsadları sonda qlobal təhdidə çevrilir. Qati cinayətlər törədənlərin, dini radikalizmə yuvarlananların əksəriyyətnin savadsız olduğunu nəzərə alsaq, bu təhdidin real təhülkə daşıması ciddi narahatlıq doğurmaldır.Savadsız gənclər, ana dilini bilməyən uşaqlar, ilbəil pisləşən qəbul nəticələri... Məktəbdə dinimizn əsaslarının öyrədilməsi məsələsinin top-tüfənglə qarşılanmasını isə qətiyyən başa düşmürəm. Halbuki qarşısında səcdə etdiyiniz Qərbin orta məktəblərində dini biliklər verilir və “Uşaq bibliyası” öyrədilir. İslamın əsas dəyərlərindən olan yalan danışmamaq, oğurluq etməmək, qeybətdən uzaq durmaq, yoldaşına kömək etmək, paylasmanı öyrənmək kimi gözəl xüsusiyyətlərin öyrədiməsinin nəyi pisdir ki? Vacib deyil ki, həmin dərsləri dindarlar desin. Ruhani dərs alan universtet təhsilli məzunlar iş tapa bilmirlər. Onları bu işə cəlb etməklə çox gözəl nəticə əldə etmək olar.
Son illər əlifbanı tanımayan, hətta öz adını yaza bilməyən gənclərin sayının artması da bəlli təhlükənin ilk simptomlarıdır desək, yanılmarıq. Qızların təhsildən yayındırılması isə daha böyük problemlərə yol açır. Məktəbə göndərilmədən ərə verilən qızlar təbii ki, sabahın anaları olacaqlar. Savadsız ana öz uşağına necə tərbiyə verəcək, onlara dərslərində necə yardım edəcək? Belə çıxır ki, 100 il əvvəl Hacı Zeynəlabdın Tağıyevi qızlar məktəbi açmağa sövq edən ciddi səbəblər artıq günümüz üçün də aktuallşmağa başlayıb?
Savadsız gənclər, ana dilini bilməyən uşaqlar, ilbəil pisləşən qəbul nəticələri...


Nazilə Nəriman
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz