Axtarış...

Yayda şagirdlərə dərs keçiriləcək? - Ekspert təfərrüatları AÇIQLADI

Yayda şagirdlərə dərs keçiriləcək? - Ekspert təfərrüatları AÇIQLADI

MilliTV.az

"Hazırda təhsilin qarşısında duran ən ciddi məsələ yenidən tədrisin bərpa edilməsi, eyni zamanda 11 ay ərzində keçilməyən, yaxud da zəif keçilən mövzuların yenidən şagirdlərə mənimsədilməsidir. Etiraf edək ki, ən azı 30-40 faiz şagird bu müddət ərzində tədris prosesindən tamamilə kənarda qalıb, digər qism şagirdlər isə o qədər də keyfiyyətli təhsil ala bilməyiblər. Ona görə də birmənalı şəkildə demək olar ki, tədris prosesi hibrid formada qismən bərpa edildikdən sonra, nəzərdə tutulan qeyri-iş günlərinin, həmçinin tətillərin dayandırılması mümkün ola bilər. Bundan sonra hətta mövcud qanunvericiliyin tələbinə əsasən, tədris ili iyun ayının 15-də başa çatırsa, bu müddət sözügedən ayın axırınadək, hətta iyulun əvvəlinədək davam edə bilər".

Bunu Sonxeber.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov tədris ilinin uzadılacağı ilə bağlı sualı cavablandırarkən bildirib:

"Qeyd edək ki, tədrisin uzun müddət dayanması şagirdlərdə daha ciddi fəsadları ortaya qoyub. Hesab edirəm ki, hazırda qarşıda uzunmüddətli tətillər var. Söhbət bahar bayramı ilə bağlı qeyri-iş günlərindən, birinci siniflər üçün may ayında nəzərdə tutulan tətil günlərindən gedir. Demək olar ki, Nazirlər Kabineti tətil müddətlərinə yenidən baxacaq və nəzərdə tutulan tətillər dayanacaq. Bu addım mütləq şəkildə atılmalıdır.

Tətillərdə dərslərin keçirilməsi şagirdlərdə narahatlıq yarada bilər. Buna baxmayaraq, hesab edirəm ki, heç bir şagird dərs ilinin uzadılmasına etiraz etməyəcək. Çünki uzun müddətdir ki, şagirdlər tədris prosesindən kənarda qalıbar və əldə etməli olduqları biliklərin böyük əksəriyyətindən məhrum olublar.

Düşünürəm ki, Azərbaycanda Nazirlər Kabineti bununla bağlı qərar verəcək və dərs ili iyulun əvvəlinədək davam edəcək. Hətta növbəti tədris ilinin sentyabrın 15-dən deyil, daha erkən, yəni sentyabrın 1-dən başlanılmasını tətbiq etmək olar. Ümumiyyətlə, 2021-ci ildə tədris ili üçün nəzərdə tutulacaq tətillərin hər birinin vaxtının dəyişməsini gözləmək olar'.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz