Şəmkir şəhər Məhəmməd Füzuli adına tam orta məktəbin sökülməsi şagirdləri yeni tədris ilində qeyri-müəyyən duruma salıb.
Yenicag.az xəbər verir ki, sözügedən məktəbin yenidən tikilməsi ilə bağlı 5-ci sinifdən yuxarı təhsil alan şagirdləri Şəmkir rayonunda yararsız vəziyyətə düşən və infeksiya mənbəyi olan köhnə xəstəxana palatalarına yerləşdirmək qərarı valideynlərin sərt etirazına səbəb olub.
Onlar övladlarının antisanitar şəraitdə təhsil almaları ilə qətiyyən razılaşmırlar.
Məsələ ilə bağlı Şəmkir Rayon Təhsil Şöbəsi ilə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz heç bir nəticə vermədi.
Mövzunu diqqətdə saxlayırıq.