Əxlaqsız görüntüləri yayılan Yevlax rayonu Qaraməmmədli kənd tam orta məktəbin fizika müəlliməsi Süleymanova Gövhər Süleyman qızı barəsində qərar verilib.
Bu barədə KanalS.az-a Qaraməmmədli kənd tam orta məktəbin direktoru Rəşad Əsədov məlumat verib.
Məlumata görə, Süleymanova Gövhər Süleyman qızı məktəbin 120 nömrəli əmri ilə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən vəzifəsindən kənarlaşdırılıb.
Qeyd edək ki, bir müddət öncə sosial şəbəkələrdə “müəllimə”-nin əxlaqsız görüntüləri yayılmışdı.
KanalS.az