Axtarış...

Milləti “səriyən” nazir

Milləti “səriyən” nazir
Azərbaycanda son illər ölümün gəncləşməsi real gerçəkliyə əsaslanır. Erkən ölümün yüksək olması ölkədə orta ömür uzunluğuna daha çox mənfi təsir göstərən əsas səbəblərdəndir. Bu proses bir çox ölkələrdə müşahidə olunsa da, Azərbaycanda bu sahədə vəziyyət daha gərgindir. 2019-cu ilin nəticələrinə görə, bütün ölümlərin 41%-i 65 yaşa qədər baş verib. Sonrakı illərdə isə bu durum mənfiyə doğru bir az da sürətlənib.Bunun səbəbləri müxtəlifdir. Milləti “səriyən” nazirSosial həyatdakı gərginlik, xəstəliklərin sayının artması, ölkədə dərman bazarının inhisara alnmasına görə qiymətlərin yüksəlməsi, son iki ildə pandemiyanın məhv etdiyi 10 minə yaxın insan ömrünün yarıda qırılması ( Bu ölümlərin 80 faizi yaşı 65 dən aşağı olanlara aiddir.) intihar hadisələrinin əsasən gənclər arasında baş verməsi, işsizlik, yoxsulluq və digər səbəblər nəticəyə ciddi təsir göstərir. İnsan ölümlərinin gəncləşməsinə rəğmən, pensiya yaşının yüksək olması cəmiyyətdə bu gün ən çox narazılıq yaradan amillərdəndir. Adətən rəsmilər postsovet respublikalarını və Avropa ölkələrini nümunə gətirib yaş həddində artımın qlobal səciyyə daşıdığını əsas gətirirlər. Amma Qərb ölkələrində insanların daha çox ömür sürdüyünü və yaşayış səviyyəsinin yüksək olduğunu söyləməyi “unudurlar.” Bizim eyni ittifaqda təmsil olummağa hazırlaşdığımız orta Asiya ölkələrində- Qazaxıstan, Qırğızıstan, Tacikistanda qadınlar 58, kişilər 63 yaşda, Özbəkistanda qadınlar 55 yaş, kişilər 60 yaşda, Türkmənistanda qadınlar 57, kişilər isə 62 yaşda pensiyaya çıxırlar. Əksər Avropa ölkələrində də təxminən oxşar rəqəmlərdir. Statistik rəqəmlərə əsasən, Azərbaycanda 2017-ci ilin sonlarına yaxın 1 milyon 328 min pensiyaçı var idi. Milləti “səriyən” nazirSahil Babayev vəzifəyə gələn kimi yaşlı insanların sosial vəziyyətini daha da ağırlaşdırmaq hesabına maliyyə vəsaiti əldə edərək “yaxşı işləyən məmur” statusu qazanmağı bacardı. Onun apardığı pensiya siyasətinə görə bu gün Azərbaycanda cəmi 1,02 milyon nəfər pensiya alır. Yəni, əhalinin cəmi 12 faizi pensiyadan yararlana bilir. Şimal qonşumuz Rusiyada isə pensiya alanların sayı əhalinin 30 faizini təşkil edir və pensiyanın məbləği Azərbaycandakı orta pensiya məbləğindən yüksəkdir. Nazirin “uşaq pulu” siyasəti də insanların sosial rifahının pisləşməsi üzərində qurulub. Uşaq pulu tələb edən ictimaiyyətə verdiyi açıqlamaya isə bişmiş toyuğun da gülməyi gələr. Nazir deyib ki, hazırda Azərbaycanda 2,7 milyon nəfərdən çox yaşı 18-ə qədər olan uşaq var. Ayda 100 manat uşaqpulu təyinatı aparılması təkliflərini nəzərə alsaq, bu, illik 3,3 milyard manat vəsait edir. Sosial proqramlar adətən 10 illik hazırlandığına görə, bu müddət ərzində uşaqpulu təminatı üçün 30 milyard manatdan çox pul tələb olunur. (Rusiyada uşaqpulu bizim pulla adambasina 200 manat verilir və ölkə vətəndaşı olan azərbaycanlılar da həmin müavinətdən yararlanırlar) Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev jurnalistlərin suallarını cavablandırarkən həm də bildirib ki, hazırda bu qədər vəsaitin sırf uşaqpulu üçün ödənilməsi məqbul sayılmır: “Çünki ölkədə demoqrafik vəziyyət yaxşıdır.(Yalançının atasına lənət) Proqnozlara əsasən, 2045-ci ilə qədər əhalinin sayı stabil olaraq artacaq.(Sahil Babayevin peyğəmbərliyi də varmış, 20 il sonra demoqrafiq vəziyyətdən xəbər verir. Daha demir ki, 5 il də nazr qalsa ölkədə demoqrafiq vəziyyət acınacaqlı olacaq)Bunun əlavə stimullaşdırılmasına ehtiyac görmürük. Uşaqpulu təyinatı üçün meyarların müəyyənləşdirilməsi də çətindir. Meyarlar olsa belə, burada manipulyasiya, korrupsiya əməlləri ola bilər. Biz isə bundan qaçırıq". Milləti “səriyən” nazir(Rəhmətlik Əliağa Ağayev demis, heyvanuva sükür Pərvərdigara. Rüşvətxor və korrupsionerin böyüyü bundan qaçdıqlarını deyir.) Bakı kəndlərində maraqlı bir deyim var. Ağlagəlməz söz danışan, qırmızı yalanı adamın gözünün içinə deyən birindən qarşısındakı adətən bircə kəlmə söz soruşar-“sərimisən məni?” Yəni məni ələ salmısan, yoxsa özünü? Bizim Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev də bilinmir özünü dolayib, yoxsa bu milləti?
Açıqlanan statistik rəqəmlərə əsasən, Azərbaycanda yoxsulluq səviyyəsi 6,2 faiz olub. Müqayisə üçün bildirək ki, yoxsulluq səviyyəsi ötən il son 9 ilin ən yüksək səviyyəsinə çatıb. Sahil Babayevin “işgüzarlığı” sayəsində 627 min 385 nəfər yoxsulun olduğu bildirilsə də, onlardan yalnız 324 min nəfərinə ünvanlı dövlət sosial yardımı ayrılıb. Nazir həmçinin, ölkədə məşğulluq səviyyəsinin yüksəldiyini, eyni zamanda sosial müavinətlərin yoxsul əhalinin daha çox hissəsini əhatə etdiyini iddia edir. Amma etiraf etmək istəmir ki, 50 yaşdan sonra işdən atılanları heç yerdə yenidən işə götürrmürlər. İş elanlarında son yaş həddi kimi 35, ən yaxşı halda 45 yaş göstərilir. Hamı da ürəyində ona xitabən “sən kimi sərimisən”sualını keçirir. Həqiqətən də görəsən nazir dediklərinə özü inanırmı? İşsizlərin sayının azaldığını deyən Babayev bilirmi ki, Azərbaycanda qul bazarları var və insanlar normal iş yeri tapa bilmədikləri üçün yol kənarında dayanıb günlərlə təsadüfi iş ümidi ilə gözləyirlər.Milləti “səriyən” nazirƏn dəhşətlisi isə Azərbaycanda qadınlara aid qul bazarının olmasıdır və bu qadınların arasında hamilə olanlara da rast gəlinir. Qul bazarının nə olduğunu başa düşürsünüzmü? Bu hec də simvolik məna daşımır. Birbaşa mənada işlənir-Qul bazarı…. İnsan ləyaqətinin alçaldığı, pula satıldığı bir məkandır bu yol kənarları. Hər gün evdən çörəkpulu qazanmaq ümidi ilə iş alətlərini də göturub çıxan bu adamlar aparıldığı evlərdə başlarına nə gələcəyindən xəbərsiz, həyatlarını risqə atdıqlarını bilə-bilə gözləyirlər. Onların arasında aldananlar, işlədilib pul verilmədən qovulanlar da az olmayıb. Amma susublar, şikayətə getməyiblər. Onlara “qul” haqqını vermədən qovanlardan kimə şikayət etsinlər? Bilirlər ki, vəzifəsi insan haqlarını qorumalı olan yüksək post sahibləri onları şikayət edəcəkləri təqdirdə elə ilim-ilim itirərlər ki, meyitləri də tapımaz. Onlar öz faciələrinə adətən gülürlər, ağlamaq lazım gəldiyi yerdə… Bir gün məmur ərinin gətirdiyi haram pullardan yeyib harınlayan yekəpər bir qadın bahalı maşından düşərək “qullar”ın yanına gəlib. Arıqlıqdan qabırğaları sayılan birini maşına qoyub bağına aparıb. Təmiz alt paltarları verərək onu hamama salıb. Sonra isə zavallı kişini elə alt paltarında yemək stolunun arxasında oturan oğluna nümayiş etdirib,”bax yemək yeməsən , bu kişinin gününə düşəcəksən “ deyib. Uşaq kişini görəndən sonra qorxusundan dəli dana kimi yeməklərin üstünə cumub. Milləti “səriyən” nazirBu hadisə yalnız harınlara gülməli görünə bilər, (mənim eşitdiyimə görə, olmuş hadisədir.) Çünki toxlar aclardan xəbərsiz yaşayır bu dünyada. Siz sələfiniz olan digər nazirlər kimi , öz nəslinizdən gələn bütün kişilərə iş yeri düzəldərkən yaxşı bilirdiniz ki, onların heç biri halal maaşı ilə dolanmayacaq. Rüşvət, korrupsiya ilə ilə qayğısız bir həyatı özləri üçün təmin edəcəklər. Və onların xanımları, qızları, gəlinləri də bir tikə çörək pulu üçün işləməyə ehtiyac duymayacaqlar. Əgər cəmiyyət içərisində olsanız , təkcə ailə başçısının maaşı ilə dolanmağın necə çətin olduğunu gözlərinizlə görüb qulaqlarınızla eşidərdiniz. Amma hamının evində də kişi işləyib maaş gətirmir. Ailənin başında duran minlərlə tənha qadın var ölkədə. Onlar iş axtarışı ilə əvvəlcə məşğulluq idarələrinə baş vururlar. Onlara ya gözləmək, ya da cüzi maaş muqabilində ağır işlər təklif edilir. Əlacsız qadınlar ən ağır işlərə belə razı olur, təki ayın başına qədər uşaqlarını dolandıracaq maaşlı iş tapa bilsinlər. Ali məktəb məzunları olan qadınlar üçün də iş tapmaq asan məsələ deyil. (Bu məsələnin psixoloji-mənəvi tərəfləri barədə həmkarlarım artıq söz açdığından həmin məqamlara toxunmuram.) Milləti “səriyən” nazirBu ölkədə müəllim imtahan yolu ilə yalınz paytaxtda rüşvətsiz iş tapa bilər. O da bəxti gətirsə… Amma Bakıdan uşaqlaşdıqca rüşvətsiz iş tapmaq hər müəllimə nəsib olmur. Ölkədə həkim, tibb bacısı, hətta xadimənin belə işə girməsi üçün “haqq” tələb olunur. Bu ölkədə rüşvətsiz heç hambal da işləmək mümkün deyil.


Nazilə Nəriman
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz