Axtarış...

Azərbaycanda əsas ölüm faktorları: şəkər, qan təzyiqi...



Azərbaycanda 30-70 yaşlı əhali arasında yoluxucu olmayan xəstəliklər üzrə ölüm göstəricisi 22 faizdir.

Trend xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı səhiyyə sistemində dəyişiklərlə bağlı Azərbaycan hökumətini dəstəkləmək üçün ölkəyə gəlmiş beynəlxalq missiyanın nəticələrinə dair tədbirdə deyib.

Onun sözlərinə görə, ölüm halları üçün əsas faktorlar şəkər və qan təzyiqinin yüksəlməsi, artıq çəki və siqaretdən istifadədir. Ona görə də bu xəstəliklərin idarəedilməsi və buna bağlı ölümlərin azalmasında ən vacib faktorlardan biri ilkin səhiyyə xidmətlərinin gücləndirilməsidir.
Text-to-Speech

DİNLƏ






Şərh yaz