Xəbər verdiyimiz kimi, aprelin 8-i saat 16:00-dan başlayaraq Azərbaycanın işğal altındakı Xankəndi şəhərində sülənən ermənilərdən biri aclıq aksiyasına başlayıb.
Moderator.az-ın Rusiya və erməni mənbələrindən əldə etdiyi yeni məlumatlara görə, Karen Qriqoryan ad-soyadlı iki uşaq atası olan 35 yaşlı məxluq separatçı rejim polisinin zorakılığı və qondarma “hökumət” qurumlarının vədlərindən sonra aclığı dayandırıb. İyulun 8-dən 9-a keçən gecə saat 00:00 radələrində polis K.Qriqoryanı zorla aclıq etdiyi parkdan uzaqlaşdırmağa çalışıb. Bu zaman o, bədən xəsarətləri alıb. Həkim çağırılıb və ona ilkin tibbi yardım göstərilib. Bundan sonra ərazi polis tərəfindən mühasirəyə alınıb. Saat 2-də aclıq edən K.Qriporyan yaxınlıqda saxladığı avtomobilində əyləşərək səhərə qədər orada qalıb. İyulun 9-da rejim “ombudsman”ının təşəbbüsü ilə o, “təminat naziri” ilə görüşə bilib. “Nazir” onun problemlərini həll edəcəyinə və ümumiyyətlə, “rejim ərazisində”ki yoxsul ermənilərlə bağlı proqram və layihələr həyata keçiriləcəyinə söz verdikdən sonra K. Qriqoryan aclığı dayandırmaq qərarına gəlib.
P.S. Ermənilər Dağlıq Qarabağdakı qondarma separatçı rejimi Avropa və Amerikaya, az qala, Qafqazda “demokratiyanın beşiyi, dayağı” kimi təqdim etməyə çalışırlar. Lakin gerçəklər hər çeyi ortaya çıxarır...
P.P.S. Qoy hazırda işğal altındakı torpaqlarımızda sülənən, eləcə də öz başlatdıqları münaqişə nəticəsində Bakıdan köçmüş ermənilər(halbuki qalanlar da var hələ) belə xəbərləri oxuyub Azərbaycanın himayəsi altında azərbaycanlılardan da yaxşı yaşadıqları, azərbaycanlı tələbələri evlərində kirayənişin kimi saxladıqları günləri yaxşı xatırlasınlar...