Axtarış...

Ermənistan "Azərbaycan casusu”nu AZAD ETDİ - Ərdoğan Paşinyana zəng etmişdi

Ermənistan "Azərbaycan casusu”nu AZAD ETDİ - Ərdoğan Paşinyana zəng etmişdi

Ermənistan Türkiyə vətəndaşı 16 yaşlı Umut Ali Özmeni sərbəst buraxıb.

Publika.az xəbər verir ki, bu haqda onun atası Mustafa Özmen “Anadolu” agentliyinə bildirib.

Oğlunun dünən axşam saat 19:00 radələrində sərbəst buraxıldığını deyən Mustafa Özmen hazırda birlikdə olduqlarını bildirib.

“Umudun pasportu olmadığı üçün bəzi prosedurlar və yazışmalar hələ davam edir. İşlər başa çatacağı halda, bu gün yola çıxmağı planlaşdırırıq. Türkiyəyə Gürcüstan üzərində keçəcəyik”, - o deyib.

Qeyd edək ki, Umut Ali Özmen iki ay öncə səhvən Ermənistan sərhədini keçmişdi. Erməni əsgərləri onu “Azərbaycan casusu” adı altında həbs etmişdilər. 16 yaşlı yeniyetmənin azad edilməsi üçün Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Nikol Paşinyana zəng etmiş və Paşinyan Ərdoğanın tələbinə müsbət cavablandırmışdı.

Sonradan Qars Valiliyi Özmenin sentyabrın 24-də azad olunacağını bildirmişdi.
Text-to-Speech

DİNLƏ






Şərh yaz