Axtarış...

Eqo, nəfs və sevgisizlik sindromu

Eqo, nəfs və sevgisizlik sindromu
Dostoyevski “dünyanı məhəbbət xilas edəcək” - deyirdi, Cavid isə gözəllik və sevgini özünün tanrısı adlandırırdı.Təəssüf ki, çoxları eşitdiklərini müstəqim mənada qəbul edərək bu barədə düşünməyə, deyilənləri məntiq süzgəcindən keçirməyə çalışmır. Halbuki, hər iki dahinin oxşar fikirləri arxasında həqiqətən daha dərin mənaların olduğu yəqindir.Bəzən "sevgi nə vaxt dünyanı xilas edib" kimi bəsit yanaşmaların da şahidi oluruq və məlum olur ki, sevgi-məhəbbət dedikdə, onlar sadəcə qadın-kişi arasında münasibətləri nəzərdə tuturlar. Halbiki, burda, sadə dillə desək, insanın insana, bütün canlılara, təbii gözəlliklərə yanaşması nəzərdə tutulur.İnsan Yaradanın elə bir kamil kəşfidir ki, bütün yaradılmışların fövqündə dayanır. Nədir onu möhtəşəm və fərqli edən? İnsanın azadlıq eşqi və yaranmışlara sevgisi- qayqısı…

Eqo, nəfs və sevgisizlik sindromu
Bəs dünyanın əşrəfi sayılan insanı şərəfsizlik girdabına sürükləyən səbəblər hansıdır? Nəyə görə yaranmışların ən möhtəşəmi olan insanın qəzəbi, nifrəti, biganəliyi ucbatından ömrümüz getdikcə zülmət kimi acı və mənasız olur, həyatlar ucuzlaşır, öldürmək su içmək kimi asanlaşır? Bütün dərdlərin-problemlərin ilkin səbəbini araşdırdıqda qarşımıza sevgisizlik və ya sevgi qıtlıqı cixir. Demək olar ki, dünyanı cirkinləşdirən bütün rəzilliklər məhz sevgisizlik sindromundan yaranır. İnsanın öz iç dünyasında yaradaraq sonra nəfsinə qurban verib öldürdüyü sevginin yerində yaranan qəddarlıq keçici xəstəlik kimi sürətlə bütün dünyaya yayılır. İnsanları pozitiv təbəssümdən, xeyirxah əməllərdən məhrum edir.
Sevgini məhv edən amillərin önündə isə EQO dayanır. İnsanın yalnız ozünü sevməsi və başqalarına nifrətlə yanaşması dünyanın xilasına imkan verməyən başlanğıcdır.
Eqo, nəfs və sevgisizlik sindromu Təkcə öz nəfsini, öz rahatlığını, öz sağlamlığını, öz sevincini düşünən insan tədricən biganə və soyuq qəlbli buz parçasına çevrilir. Eqoist insan ətrafındakılara sevgi və şəfqət gözü ilə baxmır, "başqaları vecimə deyil, xəstəlikləri, ölümləri, əzab-iztirabları məni narahat etmir, bəla məndən ötsün, kimə dəyirsə dəysin" kimi düşüncələr beynində kök salır. Tək istəyi başqalarından hansısa şəkildə faydalanmaqdır. Qarşısındakı insana ancaq mənfəət əldə etmək gözü ilə baxan eqoistlərin sayı çoxaldıqca, həyatın sevgi ümmanı da qurumağa başlayır, yaşam səmalarındakı bəyaz səadət buludları qaranlığa gömülür, zülmət hər tərəfi qapayır. Buna görə də ağıllı adamlar, fərqli düşüncə və mühakimə sahibləri dünyanı sevginin yaratdığı gözəlliklərin xilas edəcəyinə inanarlar. Bu inamı başqalarına da təlqin edir, onlara ümid bəxş edirlər. Bu ümid sonda ölməsin deyə….

Millitv.az
Text-to-Speech

DİNLƏ






Şərh yaz