Axtarış...

Azərbaycan Afrikanın 12 ölkəsinə yardım edəcək

Azərbaycan Afrikanın 12 ölkəsinə yardım edəcək


Aprelin 2-də Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) nümayəndəsi İslam İnkişaf Bankının (İİB) Tunisdə keçirilən 43-cü İllik Toplantısında iştirak edib.

XİN-dən "Qafqazinfo"ya daxil olan məlumata görəı, tədbir çərçivəsində AİDA və “Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” (AFAB) kampaniyasının digər tərəfdaşları tərəfindən kampaniyanın ikinci mərhələsinin başlamasını nəzərdə tutan sənəd imzalanıb. Bununla, kampaniyanın 2018-2022-ci illəri əhatə edəcək və 12 Afrika ölkəsində həyata keçirilməsi nəzərdə tutulan ikinci mərhələsinə start verilib.

Kampaniyanın 2012-2015-ci illərdə həyata keçirilən birinci mərhələsi nəticəsində Afrika Birliyinə daxil olan ölkələrdə kataraktadan əziyyət çəkən 56 mindən çox insanın görmə qabiliyyəti bərpa edilib və ümumilikdə 300 mindən artıq insanın gözü müayinə edilib.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz