Adətən qapıların ağzında belə”elanlara” tez-tez rast gəlirik-“Bura zibil atanın...” Bu yaxınlarda isə blokların birinin qapısı üzərində orijinal bir “göstəriciyə”rast gəldim. Şəkildəki karikaturada yerə zibil atan adam şəkli çəkilmişdi. Yəni şəkildə qursağadək insan, qurşaqdan yuxarı isə ulaq təsvir edilmişdi. Bu zaman düşündüm ki, karikaturanı çəkən şəxs bu heyvana qarşı böyük haqsızlıq edib. Hətta şüursuz saydığımız heyvanlar belə ətrafı insan qədər çirkləndirmirlər. Bəs bir çoxları niyə görə təmizliyə, o cümlədən, etiket və nəzakət qaydalarına əməl etmək istəmir? Maraqlıdır onlar bu ədəbsizlikləri bilməməzlikdən edirlər yoxsa qəsdən? Bəs belələrinə qarşı ictimai qınaq niyə belə zəifdir? Onların təhqirindən qorrxuruq, yoxsa biganəlikdən özümüzü görməməzliyə vururuq? Bəkə də onlarla mübarizə aparmağın məsuliyyətini müfaviq qurumlara həvalə etməyin daha düzgün olduğunu düşünürük? Bəlkə də hesab edirik ki, qırxında öyrənən gorunda çalar. Amma belələri ilə hər yerdə mubarizə aparmaq və onları zorla da olsa mədəniyyət qaydalarına əməl etməyə məcbur etmək heç zaman gec deyil. Bu, hər birimizin vətəndaşlıq borcu olmalıdır. Etik qaydaları dedikdə təkcə yemək və nəzakət qaydaları nəzərdə tutulmur.
Cəmiyyətdə qəbul edilmiş münasibətlər sistemi və davranışların hamısı etiket qaydalarına daxildir. Basqa sözlə desək, etiket insanların məişətdə, xidmətdə, ictimai yerlərdə, küçədə, qonaqlıqlarda, müxtəlif növ rəsmi tədbirlərdə davranışını tənzimləyən qaydalardır. Hər bir mədəni insan əsas etiket normalarına riayət etməyi başa düşməklə yanaşı, müəyyən qayda və qarşılıqlı münasibətlərin zəruriliyini də dərk etməlidir. Özünü cəmiyyətdə yaxşı aparmağı bacarmaq isə həqiqətən də vacibdir və çox böyük əhəmiyyət kəsb edir.
Axı bu bir danıllmaz həqiqətdir ki, bir- birinə hörmət etmədən, özünə müəyyən qadağalar qoymadan yaşamaq mümkün olmadığı kimi, bu normalara riayət etmədən “özünə hörmət edən millət” adına layiq olmaq da də imkansızdır. Çox təəssüf ki, bu gün çoxları bu qaydalara nəinki əməl etmir, hətta bu məziyyətin onları, sözün həqiqi mənasında, nümunəvi insana çevirdiyini də dərk etmirlər. Ən acınacaqlısı isə çoxlarının bu qaydaları yaxşı bilməsinə rəğmən, onlara sadəcə”tüpürməsidir”. Avtobusa daxil olarkən salonda əvvəlki sərnişinlərdən “yadigar qalan” zibil qalıqları əhvalları korlayır. Küçədə əksəriyyət boşalmış siqaret qutusunu və kötüyü yerə ataraq heç nə olmamış kimi yoluna davam edir. Sanki siqaret qutusunu, kötüyünü zibil qutusuna deyil, məhz yerə atmaq lazımdır. Valideynlər ovladlarinin yeyib boşaltığı cipsi kağızlarını, su qablarını və digər zibilləri də avtomobilin pəncərəsindən utanmadan birbaşa küçəyə atlrlar.
Mən mədəniyyət anlayışını şəhər və ya kənd insanı arasında bölməyin əleyhinəyəm. Çünki uzun illərin müşahidələrinə əsasən gəldiyim qənaət budur ki, mədəniyyət və nəzəkət qaydaları insana gen ilə ötürülən və ailə daxilində formalaşan bir mirasdır. Bu “mirası” bazardan pulla almaq, onu paltar kimi “soyunub geyinmək” mümkün deyil. Çünki özünü bəzi ictimai yerlərdə mədəni göstərib, başqa yerlərdə həddən artıq “sərbəst” olanların “maska”sı gec-tez “çırılır” və adamı “ələ” verir.
Bəzən alicənab, tanınmış, cəmiyyətdə rəğbət qazanmış bir insan haqqında xoş sözlər səslənəndə onun “mədəni insan” kimi xarekterizə edildiyini də eşidirik. Bu fikir isə insanları çaşdırır. Axı “mədəni insan” nə deməkdir? İnsandan söhbət gedirsə sozsüz ki, mədəni olmalıdır. Amma həyat göstərir ki, həmişə belə olmur. Zahiri gprkəmi ilə ziyalı birinə bənzəyən, başqalarının gözündə özünü mədəni kimi qələmə verməyə çalışan bir çoxunun gündəlik həyatda heyvandan belə aşağı səviyyə nümayiş etdirdiyinin tez-tez şahidi oluruq. Məsələn özünü mədəni sayan müasir geyimli biri ailəsini , uşaqlarını da götürüb yaxınlıqdakı parka dincəlməyə gəlir. Ətrafın gözəlliyindən, yamyaşıl qazonlardan, gül-cicəyin ətrindən zövq alır. Lakin bir neçə saatdan sonra onların indicə tərk etdiyi skamyanın ətrafı görənləri dəhşətə gətirir. Qazonın otları təpiklər altında əzilib, çiçəklər yolunub, yer tum qabıqları, siqaret kötükləri ,dondurma və “cipsi” kağızları , boşaldılmış su qabları ilə elə çirkləndirilib ki, bir az əvvəlki xoş mənzərədən əsər -əlamət qalmayıb. Halbuki addımbaşı zibil qabları qoyulub.
Özünü başqalarına mədəni kimi təqdim edən bu şəxslər bir də görürsən ki, gündəlik həyatda sanki etik qaydalardan xəbərsiz bir cahilə çevrilirlər. İrad bildirəndə isə təqsiri uşaqların boynuna atırlar. Halbuki ən yaxsı tərbiyə nümunədir. Əgər uşaq valideynlərinin cəmiyyət içərisində özünü mədəni apara bilmədiyini, zibili ətafa səpələdiyini, çimərlikdə ozlərindən sonra zibil qalaqları ilə dolu dəhşətli”mənzərə” qoyub getdiyini, nəqliyyat vasitələrində əliuşaqlı qadınlar, yaşlı adamlar üçün ayağa qalxmadığını görürsə, ona artıq nə öyüd-tərbiyə, nə də digər iradlar təsir göstərməyəcək. Çünki bir uşaq üçün əsil nüminə məhz valideynlərinin davranışıdır. Onların səhv hərəkətləri belə uşaqlara “düzgün” rəftar kimi görünür. Bəziləri isə bir az da irəli gedərək irad bildirənləri təhqir edir, “sənə nə dəxli var”, buranı sən təmizləyəcəksən?” deyərək öz “səviyyələrini” nümayiş etdirirlər.
Mədəniyyət adlanan mənəvi məziyyət insanın içində, varlığında olmalıdır. Böyüdüyü mühit, aldığı tərbiyə, gendən gəlmə xüsusiyyətlər, mütaliə qabiliyyəti və nəhayət, özünü cəmiyyətdə həqiqətən səliqəli, etik apara bilmək səriştəsi kimi davranışlar insanın hərəkətində, danışığında, ətrafdakılara münasibətdə özünü dərhal biruzə verir. Burda “maskaların”heç bir köməyi olmur. Bəzən hətta ən yüksək vəzifə daşıyan məmurun ondan sual sorusan jurnalistlərə qaba davranmasını, özündən aşağı səlahiyyətlilərin üstünə bağırmasını, qadınların yanında soyuş soyməsini görəndə onun ailədə, yoxsa məşədə tərbiyə aldığını ayırd edə bilmirsən. Şəhərda yaşayanlar yaşıllıqdan, təbiət qoynundan uzaq düşdüyünə görə, hər kənar təsirdən, o cümlədən, yüksək səsdən dəhşətli dərəcədə yorulurlar. Hazırda yay fəsli olduğuna görə, insanlar gecə-gündüz pəncərələri açıq qoyurlar ki, içəri sərin hava gəlsin. Amma istirahət etmək üçün gecənin sakitlyini gözləyənlər şirin yuxu və dincəlmək əvəzinə əsəb gərginliyi keçirirlər. Səbəbsiz yerə verilən siqnal səsləri gecənin sükutunda ərimədən, şəxsi avtomobil sahibləri olan sürücülərin yüksək səslə dinlədikləri musiqi səsləri açıq pəncərələrdən içəri dolaraq uşaqdan tutmuş yaşlı insanlara qədər hər kəsi şirin yuxudan oyadır. Bu etk qaydalardan xəbərsiz adamların ağlına da gəlmir ki, gecə saat 2-də, 3-də və ya səhərədək şütüdüyü küçələrdə gur musiqi səslərini ətrafa eşitdirməklə insanların istirahət hüquqlarını pozurlar. Axı niyə görə sürücülər gecə yarısı(elə gündüz də) yersiz siqnal verdiklərinə və ucadan musiqi oxutdurduqlarına görə cərimə olunmurlar?