Allahın varlığını inkar etmək üçün dəridən-qabıqdan çıxan ateistlər prinsipcə 2 qrupa ayrılır. Onlardan bəziləri cahilcəsinə yalnız gözləri ilə görə, əlləri ilə toxuna bildiklərinin varlığına inandıqlarını söyləyirlər. Belələri bəsit , konservativ düşüncəli, mənasız inadkarlığını prinsipiallıq kimi qələmə verən, opponentlərinə cavab vermək üçün 1-2 ayə əzbərləyib özünün başa düsdüyü tərzdə təqdim edən bədbəxt cahillərdir. Qurani –Kərimdə bu məsələ dəqiqliyi ilə əksini tapıb.
“Allah onların qəlblərinə və qulaqlarına möhür vurmusdur və onların gözlərində pərdə vardır. Onlara böyük bir əzab veriləcəkdir”. (Bəqərə.7)
Belələri ilə mubahisə aparmağa dəyməz belə. Çünki onlar həqiqət axtarışını heçə sayan, dünyanın “beşgünlük” olduğuna inanan və bu həyat “prinsipi” əsasında yaşam sürənlərdir. Müqəddəs kitabda da göstərildiyi kimi, onlara nə qədər aşkar dəlillər, sübutlar gətirilsə də möhürlənmiş qəlbləri həqiqəti əsla qəbul etməyəcək.
Amma ateis olduqlarını iddia edən bir qrup vardır ki, onlar digər həmfikilərinin əksinə olaraq, geniş dünyagörüşünə, mütaliə mədəniyyətinə və güclü mühakimə imkanlarına malik olurlar. Mən uzun müddət belə insanların nəyə görə özlərini ateist adlandırdıqlarını başa düşmürdüm. Amma “anlamaq uçun axtarış aparmalısan” deyiminə riayət edib nəhayət bu sirri çözdüm. Əvvəlcə öz həyatımı, bu yeganə HƏQİQƏTİ dərk etmək yolu ilə necə irəlilədiyimi xatırladım.
Bizim ailədə əksəriyyət namaz qılandır. Valideynlərim, bac-qardaslarım, gəlinlərimiz... Mən də qılmaq istəyirdim, amma elə bil nə isə mane olurdu mənə. Bu əngəlin nə olduğunu əslində bilirdim. Coxlu cavabsız suallar idi məni narahat edən. Niyə görə, dünyada bu qədər ədalətsizlik baş verir? İnsan Allah qarşısında bərabərdisə, niyə cəmiyyətdə bunun əksini görürük? İslam qadını aşağılayırmı, yoxsa bu, dindən bir qalxan kimi istifadə edən bəzi riyakar ruhanilərin əməlidir? Doğrudanmı şəriətdə qadının sevərək ailə qurmasına yasaq var? Din qadını zülmə qarşı müti olmağa çağırırmı? Bu suallar beynimdə dolaşan şübhə selinin sadəcə bir hissəsi idi. Onları düşüncəmdən çıxarmaq üçün əvvəlcə bu suallara cavab tapmalıydım. Mənim axtarış “yolunda” əsas bələdçim Qurani-Kərim oldu. Dönə -dönə oxudum. Hər surənin, hər ayənin mənasını, hikmətini dərk etməyə çalışdım. Sonra səmavi kitabların hamısını diqqətlə nəzərdən keçirdim. Xristianlığı, iudizmi öyrəndim. Peyğəmbərlər haqda arasdırmalar apardım. Qədim və müasir fəlsəfənin oxsar və fərqli cəhətlərini, həyat və ölüm haqda deyilənləri özüm üçün təhlil etdim. Başa düşdüm ki, bu filosofların əsərlərində sadəcə bir fikir verilir və yerdə qalanlar da onun isbatı üçün gərəkli olur. Amma Quranda hər bir söz, hər cümlə özü-özlüyündə yeni bir fikirdir, kəşfdir, ixtiradır. Azərbaycan klassiklərini-Fizulini, Nəsimini sətir-sətir dərk etməyə çalışdım. Basa düşdüm ki, 15 il bizə sadəcə nağıl danışıblar və dahi mütəfəkkirlərin sevgi yalvarışları qadına deyil, UCA YARADANA ünvanlanıb. Nəsiminin Haqq çağırışları cahillərin dərk edəcəyi DİLDƏ olmayıb. Bu NURU dərk etmək üçün KAMİL olmaq, ən azından kamilləşmək istəyi olmalıydı.
Axtarişlarımın nəticəsi özüm üçün də gözlənilməz oldu. Mən böyük Yaradıcının müdhiş gücünü, İNSAN DÜŞÜNCƏSİNƏ sığmayacaq iqtidarını qəlbən duydum. “Qəbinin gözü ilə bax” ifadəsinin əsil mahiyyətini- NURUN daxilindəkini hiss etmək olduğunu dərk etdim. Amma namaza yenə başlaya bilmədim. Çünki işləyirdim, çalışdığım yerdə bos otaq yox idi. İbadətimi hər gün öz vaxtında qılmaq üçün çarə axtardığım günlərin birində kadrlar və müsahibat isinə baxan Nigar adlı rusdilli gənc qız otağımıza gəldi və “sizi bir dəqiqə olar?” dedi. Hiss elədim ki, hamının yanında mənimlə danışmaq istəmir. Birlikdə dəhlizə çixdiq. Nigar sıxıla-sıxıla məndən namaz qılmaq istəyib-istəmədiyimi sorusdu. Mən mat qaldım. Axı heç kəsə bu barədə deməmişdim. Qızın cavabı sözün əsi mənasında, məni şoka saldı. Nigar yaxşı danışmadığı doğma dilimizdə “mənə elə gəldi ki, siz namaz qılmaq istəyirsiniz, amma bunun üçün yer tapa bilmirsiniz. Mənim otağımda qıla bilərsiniz, mən bu barədə heç kimə demərəm” söylədi. Mən başa düşdüm ki, bu təklif Nigardan gəlsə də mesaj onun deyil.
Bu gün çox insan mənim dünən keçdiyim YOLA qədəm qoyub, “İtirdiyini” tapan da olur, sona qədər gedənlər də. AXTARIŞDAN naümüd dönənlər özlərinə “ateist” adı qoyaraq cahil təbəqə ilə ilə aralarında baryer yaratmağa çalışırlar. Amma başa düşmürlər ki, ibadətə sövqi-təbii, HƏQİƏT axtarmadan başlayan insanların qəlbində Yaradana bu inam, sevgi doğusdan olur. Düzdür bəzilərini səcdəyə endirən sırf qorxu olur, buna bəzən vicdanın səsi də deyilir. Amma qorxudan inama neçə addımlıq yol olduqunu kim bilər Allahdan başqa?
Cəmiyyətdə hicaba münasibətin birmənalı olmadığı məlumdur. Basörtüsü geyimi ilə iş tapmağın necə böyük problem olduğu da aydındir. Elə buna görə də namaz qıldığım 10 il ərzində hicaba keçməyə tərəddüd etdim. Amma İslamı qəbul edən əcnəbi millətlərin nümayəndələri haqqında filmlərə baxdıqdan, onların İslamı dərk etmək yolunda çəkdikləri əziyyətləri, hicaba sevgilərini görəndən sonra öz qorxaqlığımdan utandım. Onların elmi axtarışları yolunda Allahı necə dərk etdiklərini, Bundan sonra İslamı qəbul etdiklərini öyrənərkən, özünü “ateist” adlandıran ziyalılarımızı düşündüm. Təkcə İngiltərədə hər il 5 mindən cox insanın müsəlman olması, təbliğ edilməməsinə, vəhabilərin və digər riyakar ”ruhanılər”in, cəllad rolunda “vəhşi” imici yaradan radikal “islamçı”ların dini gözdən salmaq cəhdlərinə baxmayaraq bütün dünyada İSLAMa sevginin getdikcə artması, təkcə “kor”, “kar” və qəlbi möhürlənmiş insanlar üçün maraqsız sayıla bilər.
Əslində ateist olduqunu iddia edən təfəkkür sahiblərinin əksəriyyətinin Allahın varlığına inandığına əminəm. Onların inadkarlığının əsasında duran elə məhz Allah qorxusu –xofudur. Məhz öz qorxularından qurtulmaq üçün HƏQİQƏTİ dandıqları da ortadadır.Yəqin ki, coxları soruşa bilər ki, onlar MƏRHƏMƏTLİ VƏ BAĞIŞLAYASANın rəhm qapısına niyə sığınmırlar? Niyə Allahın tövbə imkanını dəyərləndirmirlər? Cavab ortadadır-nəfs üzündən. Etdikləri günahların ağırlığını bilirlər. Tövbə etsələr bağışlanacaqlarından da xəbərdardırlar. Amma nəfsə qələbə çalmağı bacarmırlar. Sınaqlardan çıxmamaq-gözəl qadınlarla eyş-işrət, qul haqqı yemək, dünya səfasına yenilməkdir onları özlərini aldatmağa məcbur edən. Yalanla yasamaq daha asandır, nəinki nəfslə mübarizə aparmaq...
Təsadüfən nəfslə döyüş “Böyük Cihad” adlanmayıb. Allah yolunda igidliklə vurusub nəfsinə məğlub olan o qədər qəhrəman gəlib keçib ki, bu həyatdan, saysız-hesavsız. Bax, ateistlər də nəfslərinə yenilən həmin məğlublar sırasındadır. Allah onları hidayat eləsin. Amin!
Nazilə Atakişiyeva
Azərbaycan jurnalistlər birliyinin üzvü