Axtarış...

Dünyada intihar hallarının sayı azalıb

Dünyada intihar hallarının sayı azalıb

Dünyanın bütün ölkələri üzrə intihar hallarının statistikası göstərir ki, könüllü surətdə həyatdan köçmək istəyənlərin sayı azalıb.
"Ölkə.Az" xəbər verir ki, azalma xüsusilə Rusiyada müşahidə olunur. Statistikaya görə, intihar hallarının çoxu insanın düşdüyü çarəsiz vəziyyətlə bağlıdır. Özü də insanları intihara çox vaxt alkoqollu içkilər sürükləyir.

Hazırda alkoqollu içkilər az içildiyi üçün özünə qəsd etmək istəyənlərin sayı da azalıb. İnsanlar üçün idmanla məşğul olmaq ümidsizliyi və çarəsizliyi, meyvə-tərəvəzdən hazırlanmış qatı içkilər - smuzilər keyfiyyətsiz alkoqollu içkiləri əvəzləyib. İntihara meyilli adamlar idman zallarına getməyə, alkoqollu içkilər yerinə dadlı meyvə-tərəvəz şirələri içməyə üstünlük verirlər.

Lakin intihar hallarının azalması belə halların kökünün tamamilə kəsilməsi demək deyildir.
Hazırda bütün dünyada intihar halları 1994-cü illə müqayisədə 38 faiz azalıb. Burada həm iqtisadi inkişaf, həm də sosial sahədə müsbət dəyişikliklər rol oynayıb.

Əhalinin zəhərli maddələrdən mühafizə olunması da vəziyyəti yaxşılaşdırıb. Bu, xüsusilə Çində müşahidə olunub. ABŞ-da silah satışı geniş yayıldığı üçün odlu silahla intihar hadisələri daha çoxdur. Çində intihar etmək istəyənləri adi dərman qablaşdırması bu işdən çəkindirir. Qablaşdırmanı açmaq çoxlu vaxt apardığı üçün intihara qalxan insanın düşünməyə imkanı olur.

Dünya KİV-ləri də məsələyə ehtiyatla yanaşır, intihar üsullarından yazmır, oxucuları intihar fikrindən daşınmağa, çətin vəziyyətlərdə bir-birini dəstəkləməyə və dara düşən insana yardım əli uzatmağa çağıran materiallar yayırlar.
Text-to-Speech

DİNLƏ






Şərh yaz