8 il əvvəl Alman hökumətinə təqdim olunan məxfi koronavirus hesabatı - Sənəddə nə yazılıb?
Tarix: Bu gün, 09:48 | Çap et
8 il əvvəl Alman hökumətinə təqdim olunan məxfi koronavirus hesabatı
“Mutasiyaya uğrayan yeni SARS-Coronavirus Cənubi Şərqi Asiyadakı bir heyvan bazarından bütün dünyaya yayılacaq. Ölkə kimi buna hazır olmalıyıq. Bu proses 3 il çəkəcək. İki dəfə mutasiyaya məruz qalacaq. Dərmanı 3 il ərzində hazırlanacaq. Bir dəfə xəstələnəndən sonra səhhəti normaya düşən insan belə mutasiyaya məruz qala, yeni virusun təsirinə düşə bilər”.
Reyting.az xəbər verir ki, bu ifadələr 8 il əvvəl Almaniya Kansleri Angela Merkel və ölkə Bundestaqına təqdim edilən epidemiyaya dair hesabatda yazılıb.
Hesabatı Robert Koch İnstitutu və çoxlu sayda elm olacaqları hazırlayıb.
Almaniyanın pandemiyaya qarşı proqramını hazırlayan Robert Koch İnstitutunun “Risk Analizi və Xalqı Qoruma” başlıqlı hesabatında yazılır ki, virus mutasiyaya məruz qalaraq pandemiyaya çevriləcək, dünyanı təsirinə alacaq və minlərlə insanın həyatına son qoyacaq.
Adıçəkilən hesabat 10.12.2012-ci ildə Almaniya parlamentinə təqdim edilib. 17/12051 saylı hesabatda diqqət çəkən məqamlar çoxdur.
8 il əvvəl hazırlanan hesabatda təxmin edilir ki, yaşlı insanların 10 faizi bu virusun təsirinə məruz qalacaq və virus 3 fərqli dalğa halında yayılacaq.
Qeyd edilir ki, Almaniya hökuməti bu rapora istinad edərək ölkədəki səhiyyə sistemini gücləndirərək tədbirlər görüb. Məlumata görə, bu gün Merkel tərəfindən açıqlanan tədbirlər sözügedən hesabatda təklif edilənlərdir.
8 il əvvəl Alman hökumətinə təqdim olunan məxfi koronavirus hesabatı
Raporda təkliflər, müxtəlif vəziyyətlərdə yaxşı və pis ssenarilərin hazırlandığı aydın olur:
- SARS CoV-un mutasiyaya uğrayan halı olan yeni virus gələcək və insanların immunitet sistemini çökdürəcək.
- 2003-cü ildəki SARS CoV-dan fərqli olaraq bu virus sürətlə yayılacaq.
- Bu yeni tip virus olacaq SARS Coronavirus, H5N1 qripindən daha ağır nəticələr yaradacaq.
Ssenaridə Çindən gələn çinlilər və ya Çinə gedən 6-10 almanın bu xəstəliyi yaya biləcəyi və hər kəsin infeksiyanı 10-a yaxın insana yoluxduracağı bildirilir.
Hesabatda nələrin baş verə biləcəyinə də diqqət çəkilir:
- Burada yeni bir epidemiyaya səbəb olacaq virusdan bəhs edirik.
- Hər nə qədər Modi-SARS desək də, bu yeni virus yeni tapıntıları ilə ortaya çıxacaq.
- Bu yeni virus SARS CoV-un fərqli bir mutasiyasıdır.
- SARS CoV-dan fərqli olaraq insanlar arasında daha sürətlə yayılacaq.
- Adını nə qoymağımızdan asılı olmayaraq, bu virus böyük ölçüdə ölümlərə səbəb olacaq.
- Bu virusa nəzarət AİD-ə səbəb olan HİV-dən də çətin olacaq.
- Bir insandan digərinə keçməsi 5 gün çəkəcək.
- Virusa yoluxan insanlarda onun əlamətləri 2-14 gün arasında ortaya çıxacaq.
Hesabatda vurğulanır ki, virus damçı, hissəcik və toxunuşla insana keçə bilər. İnsanlar gigiyenik qaydalara diqqət yetirməli, lazım olduqca əlcək geyməli, gözlük və maska taxmalıdırlar.
Sənəddə yeni virusun 3 dalğa halında olacağı yazılır. Bildirilir ki, ən təhlükəlisi birinci dalğa olacaq. Daha sonra 2 və 3-cü dalğalar baş verəcək. Beləcə, 3 il ərzində yayılacaq pandemiya baş verəcək.
Sənəddə birinci dalğanın 1-411 gün arasında baş verəcəyi, bundan 29 milyon insanın təsirlənəcəyi vurğulanır.
İkinci dalğa 462-692 gün aralığında olacaq. Burada 23 milyon almanın virusdan təsirlənəcəyi yazılır.
Üçüncü dalğa 693-1052 günə qədər uzanacaq və bundan 26 milyon insan əziyyət çəkəcək.
Raporda yaşlı insanların ölüm faizinin 100-də 50 faiz ola biləcəyi qeyd edilir. Bildirilir ki, üç dalğada 7,5 milyona yaxın almanın həyatı məhv ola bilər.
Sənəddə xəstəxana və hər yerdə tədbirlərin görülməsi, insanların özlərini daha təsirli qoruya bilmələrinin vacibliyi yazılır.
Raporda hökumətə və rəsmilərə necə tədbirlər görəcəkləri, hansı qanun dəyişikliklərinə gedilməsi əks olunur.
Əlavə edək ki, hesabatda pandemiyanın hansı sahələrə ciddi zərər verəcəyi və digər məqamlar da yer alıb.