Axtarış...

“Qapısına yazıb “Şəhid ailələrinə pulsuz”, amma camaatın yolunu kəsirlər” - NARAZILIQ VAR!

“Qapısına yazıb “Şəhid ailələrinə pulsuz”, amma camaatın yolunu kəsirlər” - NARAZILIQ VAR!


Abşeron rayon Xırdalan şəhərində Heydər Əliyev parkı ilə üzbəüz "Boranı" restoranının səkini zəbt etdiyi iddia olunur.

Millitv.az xəbər verir ki, bu barədə şəhər sakinləri Yeniavaz.com-a müraciətləri zamanı bildiriblər.

“Qapısına yazıb “Şəhid ailələrinə pulsuz”, amma camaatın yolunu kəsirlər. Bu nə dərəcədə doğrudur? Səkini zəbt edib stol qoyublar. Oradakılar da qəlyandan çəkirlər, az qala adamın üzünə üfürürlər”, - müraciət edən vətəndaşlardan biri deyib.

İddialarla bağlı “Boranı” restoranından Yeniavaz.com-a bildirilib ki, onlar ərazini müqavilə əsasında icarəyə götürüblər:
“Səki tam olaraq götürülməyib. İnsanların gediş-gəlişi üçün kifayət qədər yer var. Biz oranı rəsmi şəkildə Xırdalan bələdiyyəsi ilə müqavilə bağlayaraq mövsümlük istifadə üçün icarəyə götürmüşük. Rəsmi müqaviləmiz var, yəni o ərazi müqaviləsiz deyil. Müqavilə təxminən 7-10 gündür bağlanıb, bəlkə də, bir az çox olar. Ora torpaq yer idi, təmir işləri görmüşük, oranı abadlaşdırmışıq. Biz işə başlamamışdan qabaq da bunu gözə almışdıq, belə hallarla rastlaşırıq. Ona görə işlərimizi həmişə sənəd üzərində qururuq”.
Məsələ ilə bağlı münasibət almaq üçün Abşeron Rayon İcra Hakimiyyəti və Xırdalan bələdiyyəsi ilə də əlaqə saxladıq. İcra hakimiyyətindən bildirildi ki, məsələ araşdırılıb, məlumat veriləcək. Bələdiyyədən isə məlumat vermək üçün əlaqə saxlayacaqlarını bildirsələr də, bu baş vermədi.
“Qapısına yazıb “Şəhid ailələrinə pulsuz”, amma camaatın yolunu kəsirlər” - NARAZILIQ VAR!
“Qapısına yazıb “Şəhid ailələrinə pulsuz”, amma camaatın yolunu kəsirlər” - NARAZILIQ VAR!
“Qapısına yazıb “Şəhid ailələrinə pulsuz”, amma camaatın yolunu kəsirlər” - NARAZILIQ VAR!
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz