Axtarış...

Şəhid ailələrinə nə vaxt mənzil veriləcək? - AÇIQLAMA

Şəhid ailələrinə nə vaxt mənzil veriləcək? - AÇIQLAMA
2014-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-ə qədər növbəyə alınan şəhid ailələri və qazilər barədə siyahılar yerli icra hakimiyyəti orqanlarında var. Bu siyahılar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim ediləcək. Nəzərə almaq lazımdır ki, 2020-ci ildə Vətən müharibəsi zamanı şəhidlər və qazilərimiz oldu. Onları da uzun müddət gözlətməmək üçün hər iki kontingentin mənzil təminatı proqramı paralel olaraq həyata keçiriləcək.
Azvision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov deyib.

O bildirib ki, Prezident İlham Əliyevin Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında Sərəncamının icrasını 5 il ərzində yekunlaşdırmaq tapşırığı verilib.

“Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər barədə ilkin qiymətləndirilmələr var. 2020-ci ildə baş verən müharibədə şəhid olanların ailələrinin və əlillik qazanmış şəxslərin növbəyə durması bundan sonra bir neçə ay davam edəcək. Həmin şəxslərin sayı onlar tam növbəyə durandan sonra bilinəcək”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz