Axtarış...

“Şəhid qardaşımın sənədlərinə görə o qədər problem yaratdılar ki…” - Şəkidə NARAZILIQ...

“Şəhid qardaşımın sənədlərinə görə o qədər problem yaratdılar ki…” - Şəkidə NARAZILIQ...

Şəkinin Fazıl kəndində yaşayan Məmmədovlar ailəsində həm ərin, həm də arvadın qardaşları 90-cı illərin əvvəllərində Qarabağ döyüşlərində həlak olub. 44 yaşlı Fərhad Məmmədov deyir ki, bu ölkənin ərazi bütövlüyü uğrunda iki əzizini qurban vermiş bu ailə acınacaqlı vəziyyətdədir.

“Şəhid qardaşımın sənədlərinə görə o qədər problem yaratdılar ki…”

Fərhad Məmmədov məmur özbaşınalığından gileylənir. İddia edir ki, işsizlik, ailənin dolanışıq problemləri bir tərəfdən, məmurların münasibəti da digər tərəfdən onu intihar həddinə çatdırıb. O, xüsusən Şəki Şəhər İcra Hakimiyyəti başçısının həm Fazıl, həm də İbrahimkənd üzrə nümayəndəsi İlqar Məmmədovdan gileylənir. İddia edir ki, 13 ildən çoxdur icra nümayəndəsi işləyən İlqar Məmmədovun davranışlarına görə əziyyət çəkirlər:
“Şəhid qardaşımın sənədlərinə görə o qədər problem yaratdılar ki…” - Şəkidə NARAZILIQ...

Fərhad Məmmədovun ölkə başçısına müraciəti

“Bizə qarşı açıq-aşkar qərəzli davranır. İş üçün müraciət edirəm, başqalarına iş tapılır, mənə yox. İş üçün dövlət orqanlarına onlarla müraciətdən, icra başçısının müavinlərindən birinin 6 dəfə qəbuluna olandan sonra “Dost Xidməti” xətti ilə iki aylıq işə cəlb olundum. Buna görə də cəmi 21 manat maaş aldım. Fazıl kəndində ancaq bizə qaz sayğacı qoyulub, bir də qardaşımgilə. Mən qaz sayğacı qoyulmasının əleyhinə deyiləm, ayrı-seçkiliyə, qərəzə etiraz edirəm. Hətta 1992-ci ildə şəhid olan qardaşıma görə dövlətin verdiyi 11 min manat üçün sənədlərin əldə olunmasına belə, o qədər problem yaradıldı ki…”

Məmmədovlar ailəsilə icra nümayəndəsi arasında gərgin münasibətlərin səbəbi torpaq mübahisəsindən qaynaqlanır. Ailə iddia edir ki, icra nümayəndəsi onlara məxsus torpaq sahəsini zəbt edib:

“Söhbət 1 hektar 48 sot torpaqdan gedir. Biz icra nümayəndəsini o torpaqdan çıxara bilmirik. Bütün mümkün dövlət orqanlarına müraciət eləmişəm, xeyri yoxdur. İcra nümayəndəsi bacımdan torpaq alıb. O ərazinin yanında da iki qardaşın – bizim torpağımız var. İcra nümayəndəsi bacımdan aldığı torpağın gözünə bizimkiləri də qatıb, oranı zəbt eləyib. O torpağın bizim olduğunu sübut edən, notarial qaydada təsdiqlənmiş sənədim də var”.

“Şəkidən səsimi eşitdirə bilmirəm”

Fərhad Məmmədov dövlət orqanlarına ünvanladığı şikayət məktublarının obyektiv, hərtərəfli araşdırılmamasından da şikayətlənir. Deyir ki, məmur özbaşınalığından əziyyət çəkən vətəndaşların şikayətləri düzgün araşdırılsa, günahkarlar cəzalandırılsa, başqa məmurları da insanların haqqını pozmaqdan çəkindirər:

“Şəkidən səsimi də eşitdirə bilmirəm. İlqar Məmmədov mənə deyir ki, “get, kimə istəyirsən, şikayət elə”. Heç kimdən çəkinmir. Bu da səbəbsiz deyil. Çünki görür ki, ondan edilən şikayətlərə baxılmır. Bizim ailə bu ölkənin uğrunda iki şəhid verib. Lazım olsa, bundan sonra da Vətən üçün canımızdan keçməyə hazırıq. Mənə ən çox pis təsir eləyən məmurların biganəliyi, hörmətsizliyidir. Məmur özbaşınalığından artıq intihar həddinə çatmışam…”

İcra nümayəndəsi təzminat tələb edir

İcra nümayəndəsi İlqar Məmmədov isə əksinə, Məmmədovların ona məxsus torpaq sahəsinə qanunsuz müdaxilə etdiyini bildirir. O, bununla əlaqədar məhkəməyə də üz tutub. Hazırda icra nümayəndəsinin Fərhad və Bəxtiyar Məmmədov qardaşlarına qarşı iddia ərizəsinə Şəki Şəhər Məhkəməsində hakim Pərviz Hacıyevin sədrliyilə baxılır. İlqar Məmmədov torpaq sahəsindən istifadəyə maneələr yaradıldığını vurğulayaraq, həmin maneələrin aradan qaldırılmasını, qardaşların ona təzminat ödəməsini tələb edir. Bu mübahisə ilə əlaqədar may ayından başlayan məhkəmə prosesi hələ də davam edir.
“Şəhid qardaşımın sənədlərinə görə o qədər problem yaratdılar ki…” - Şəkidə NARAZILIQ...

Fərhad Məmmədovun Baş Prokurora müraciəti

Fərhad Məmmədovun 2 ay ərzində cəmi 21 manat əməkhaqqı alması haqda şikayətinə gəlincə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, o, cəmi iki gün işləyib və buna uyğun da əməkhaqqı yazılıb. Fərhad Məmmədov isə 2 gün işləməsi haqda iddianın həqiqətə uyğun olmadığını deyir.
İcra nümayəndəsi İlqar Məmmədovdan İbrahimkəndin bir qrup sakini də narazıdır. Kənd sakinləri toplaşıb məktub imzalayaraq, müxtəlif dövlət orqanlarına, o cümlədən Prezident İlham Əliyevə şikayət ünvanlayıblar. Prezident Administrasiyası da şikayəti araşdırılması üçün Şəki Şəhər İcra Hakimiyyətinə göndərilib.

İcra başçısının birinci müavini Həsən Həsənov Meydan TV-yə bildirib ki, istər Fazıl kəndindən Fərhad Məmmədovun, istərsə də İbrahimkənd sakinlərinin müraciətlərində göstərdikləri şikayətlər yerində araşdırılıb:

“Kənd sakinləri Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyi səviyyəsində qəbul edilib. Kənd sakinlərinin şikayətləri dinlənilib. Araşdırmanın nəticəsi barədə onlara rəsmi cavab verilib”.

Meydan TV
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz