Axtarış...

Yevlaxda TENDER OYUNBAZLIĞI... - 8 gün əvvəl yaranan şirkət qalib oldu

Yevlaxda TENDER OYUNBAZLIĞI... - 8 gün əvvəl yaranan şirkət qalib oldu


Yevlax şəhər İcra Hakimiyyəti tərəfindən keçirilən tender müsabiqələrinin qalibi məlum olub.

Millitv.az yeniavaz.com-a istinadən bildirir ki, tenderin nəticəsinə əsasən “MMB Holding” MMC (VÖEN- 1805842231) Yevlax şəhər İcra Hakimiyyətinin sifarişi əsasında Heydər Əliyev prospektində abadlıq işləri görəcək və görüləcək işlər üçün 48 min 858 manat alacaq.
Məlumat üçün bildirək ki, “MMB Holding” MMC ötən ay Gəncə Dövlət Universitetinin abadlıq və cari təmir işlərinin görülməsi məqsədilə keçirdiyi tender müsabiqəsində də qalibi olub və qeyd olunan işlər üçün 99 min 200 manat 76 qəpik alacaq.

Tender müsabiqələrində diqqət çəkən məqam odur ki, qalib şirkət tender elanından cəmi 8 gün (iş günü) əvvəl dövlət qeydiyyatına alınıb. Belə ki, nizamnamə kapitalı 10 manat olan “MMB Holding” MMC 6 may 2022-ci il tarixində dövlət qeydiyyatına alınıb. Gəncə Dövlət Universiteti isə tender elanının 16 may 2022-ci il tarixində elan edib.

Hüquqi ünvanı Bakı şəhəri, Sabunçu r., Balaxanı ŞTQ, Nemət Bəşir, ev 20-də yerləşən şirkətin qanuni təmsilçisi Mahmudov Baxış Ənvər oğludur. Şirkət barədə açıq internet resurslarda heç bir məlumat mövcud deyil.

Xatırladaq ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır.
Məlumat üçün onu da qeyd edək ki, tender keçirən qurumun - Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Aqil oğlu Tağıyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun kürəkənidir.
Anar Tağıyev 2006-2008-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin Gənclər Təşkilatları ilə iş sektorunda məsləhətçi vəzifəsində işləyib. 2008-2010-cu illərdə Nəsimi rayon İcra Hakimiyyətinin "İctimai təşkilatlar və siyasi partiyalarla iş" şöbəsinin, 2010-2011-ci ilədək isə "Ərazi idarəetmə və yerli özünü idraəetmə oraqanları ilə iş" şöbəsinin müdiri vəzifələrinə təyin olunub. 2011-2019-cu illərdə Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışıb. 2019-cu ilin oktyabr ayından Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edir.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz