Axtarış...

Cənab Qayıbova əvvəlkilərin fərqi nədir ki... - 15 gün əvvəl yaranan şirkəti tenderin qalibi seçdi

Cənab Qayıbova əvvəlkilərin fərqi nədir ki... - 15 gün əvvəl yaranan şirkəti tenderin qalibi seçdi


Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum olub.

Millitv.az yeniavaz.com-a istinadən bildirir ki, bu qurum tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “SMART.KİOSK MM” MMC (VÖEN- 1505816731) olub.

Müsabiqənin şərtlərinə görə, “SMART.KİOSK MM” MMC idman sahəsi üzrə (diplom, kubok, top, idman geyimi və s.) malları gənclər və idman idarələrinə satacaq, qarşılığında isə 19 min 95 manat alacaq.
Tender müsabiqələrində diqqət çəkən məqamlardan biri odur ki, qalib şirkət yeni yaranıb.
Binəqədi rayon Gənclər və İdman İdarəsi tender müsabiqəsini 06.04.2022-ci il tarixində elan edib. Qalib şirkət olan “SMART.KİOSK MM” MMC isə bundan təxminən 2 ay əvvəl - 21.02.2022-ci il tarixində dövlət qeydiyyatına alınıb.
Onu da bildirək ki, Sabunçu rayon Gənclər və İdman İdarəsi tərəfindən 07.04.2022-ci il tarixində elan olunan tender müsabiqəsinin də qalibi “SMART.KİOSK MM” MMC olub. Göründüyü kimi MMC tender elanından cəmi 15 gün əvvəl - 21.02.2022-ci il tarixində dövlət qeydiyyatına alınıb.
Nizamnamə kapitalı 5 manat olan MMC-nin hüquqi ünvanı “Nərimanov rayonu, Faiq Yusifov, ev 46, m. 94”-də yerləşir. Qanuni təmsilçisi Süleymanov Nicat Şakir oğludur.
Məlumat üçün bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır.
Cəmi 2 ay əvvəl yaranan şirkətlərin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.
Tender müsabiqələrində diqqət çəkən digər bir məqam isə odur ki, “SMART.KİOSK MM” MMC ilə eyni ünvanda qeydiyyatda olan və Süleymanov Nicat Şakir oğlunun rəhbərlik etdiyi daha bir şirkət – “FRAZA-F” MMC (VÖEN- 1505816991) Xəzər rayon Gənclər və İdman İdarəsi tərəfindən keçirilən 28 min 650 manatlıq tender müsabiqəsinin qalibi olub. Bu şirkət də “SMART.KİOSK MM” MMC ilə eyni gündə - 21.02.2022-ci il tarixində dövlət qeydiyyatına alınıb.
Qeyd edək ki, gənclər və idman idarələri tərəfindən daha əvvəl də yeni yaranan, təcrübəsiz şirkətlər tenderin qalibi elan ediblər.
Cənab Qayıbova əvvəlkilərin fərqi nədir ki... - 15 gün əvvəl yaranan şirkəti tenderin qalibi seçdi
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz