Axtarış...

Bu faktlar Əmrullayev üçün maraqlı ola bilər... - NAZİRİN NƏZƏRİNƏ...

Bu faktlar Əmrullayev üçün maraqlı ola bilər... - NAZİRİN NƏZƏRİNƏ...

Bakı şəhərinin Xətai rayonunda yerləşən 63 nömrəli tam orta məktəblə bağlı araşdırma apararkən maraqlı faktlarla rastlaşdıq.
Məlumat üçün qeyd edək ki, Xətai rayonunda fəaliyyət göstərən Sədrəddin Həsənov adına 63 nömrəli tam orta məktəb 1937-ci ildən fəaliyyət göstərir. Məktəb fəaliyyətə başladığı gündən tədris Azərbaycan və rus dillərində aparılır. Məktəbdə 2009-2010-cu dərs ilindən etibarən rus dilinin intensiv tədrisi layihəsi tətbiq edilir. 2013-2014-cü illərdə məktəb əsaslı təmir olunmuş və eyni zamanda məktəbin həyətində yeni 4 mərtəbəli 24 əlavə sinif otaqlı korpus və idman zalı tikilərək istifadəyə verilmişdir. Məktəbdə 120 nəfər müəllim pedaqoji fəaliyyət göstərir. Hal-hazırda məktəbdə 1274 nəfər şagird təhsil alır.
Məktəbin saytına daxil olaraq məktəbin rəhbər heyətinə nəzər saldıq.
Direktor -Cavanşir Tarverdiyev Məcid oğlu,
Təlim-tərbiyə işləri üzrə direktor müavini- Nüşabə Eminova Həndəm qızı,
Təlim-tərbiyə işləri üzrə direktor müavini - Xəyalə İbadova Cavanşir qızı,
Təlim-tərbiyə işləri üzrə direktor müavini- Ələsən Sadıqov Mirələm oğlu,
Hərbi rəhbər - Fətdah Əhmədov Rzaxan oğlu,
Kitabxana müdiri - Təranə Kərimova İkram qızı,
Məktəb psixoloqu - Arzu Həsənova Heydər qızı,
Uşaq birliyi rəhbəri - Aytən Məmmədova İman qızı.
Məktəbdə 10 nəfər şagirdə 1 müəllim düşür.
Hələ bu harasıdır..?
Məktəb direktorunun təlim-tərbiyə işləri üzrə 3 müavini var.
Ən maraqlısı odur ki, müavinlərin 3-ü də təlim tərbiyə işləri üzrədir.
Ümumiyyətlə, bir dəfə bu mövzu ilə bağlı yazmışdıq ki, Azərbaycanda nazir müavinlərinin sayı o qədər çoxdur ki…
Vallahi heç ABŞ boyda ölkə prezidentinin o qədər müavini yoxdur.
İndi baxırıq ki, 63 saylı tam orta məktəbin direktoru Cavanşir Tarverdiyevin müavinlərinin sayı maşallah N qədər.
Ümumiyyətlə, Azərbaycanda idarəçilikdə ciddi islahatlara ehtiyac var, dövlətin büdcəsini bu qədər yükləmək olmaz.
Dövlət təhsilə, səhiyyəyə bu qədər milyonlarla vəsait ayırır, amma ortada nəticə yoxdur.
Məktəblərimizdə baş verən neqativ hallar günbəgün artır, hətta əxlaqsızlıq halları da baş verir.
Hətta təhsil naziri Emin Əmrullayev könüllü rüşvətinin tətbiqindən danışır.
63 saylı məktəblə bağlı araşdırma zamanı bəlli oldu ki, vaxtilə bu məktəb də 8 mart Qadınlar günü ilə bağlı qara siyahıya düşüb.
Belə ki, 8 martda şagirdlərdən yığılan hədiyyələrə görə, aşağıdakı məktəblərin rəhbərləri işdən çıxarılıb, yaxud töhmət alıb:
İşdən çıxarılan direktorlar (37 saylı məktəb), (228 saylı məktəb), (192 saylı orta məktəb), (141 saylı orta məktəb) (110 saylı orta məktəb), (321 saylı orta məktəb) , (208 saylı orta məktəb ), (26 saylı orta məktəb), (79 saylı orta məktəb) , (61 saylı orta məktəb), ( 63 saylı orta məktəb ).
Ən maraqlısı odur ki, 63 saylı tam orta məktəbin direktoru töhmətlə canını qurtara bilib.
Şagirdlər Təhsil Nazirliyinin electron poçtuna yazırlar ki, direktorlar məktəbi talayır..
Mediada yazılan xəbərlərdə qeyd olunur ki, baş verənləri yaymamaq üçün 63 saylı məktəbin direktoru ATV-nin müxbirinə rüşvət təklif edib.
Bəs nə üçün ATV-nin müxbirinə rüşvət təklif edən 63 saylı orta məktəbin direktoru vəzifəsindən azad edilmədi.
Bunun səbəbini soruşmaq lazımdı. 63 saylı məktəbin direktoru açıq şəkildə ATV-nin muxbirinə rüşvət təklif etmişdi”.
Qarşı tərəfin mövqeyni dərc etməyə hazırıq. //gundelik-baku.com//
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz