Axtarış...

267 saylı məktəbin direktoru kimdir: Adilə Orucova, yoxsa Rəna Ağazadə..? – Rəna Ağazadə müxbirimizə jarqonla “Oldu dəə…” deyir….

267 saylı məktəbin direktoru kimdir: Adilə Orucova, yoxsa Rəna Ağazadə..? – Rəna Ağazadə müxbirimizə jarqonla “Oldu dəə…” deyir….

İngilis qruppasında oxuyan şagird ərəb dilindən necə imtahan verə bilər ?

Haqqında bəhs edəcəyimiz 267 saylı məktəb-liseylə bağlı məlumat əldə etmək üçün ilk olaraq Təhsil Nazirliyinin Bakı Şəhər Təhsil İdarəsinin saytına -bakimektebleri.edu.az saytına daxil oluruq.

İlk olaraq saytda məktəbin direktoru, əməkdar müəllim Adilə Orucovadan bəhs edilir.
Sonra məktəbin direktorunun Rəna Eldar qızı Ağazadə olduğunu öyrənirik. Və məsələ, ilə bağlı Rəna Ağazadə ilə telefon danışığında o deyir ki, Adilə Orucova neçə ildir təqaüdə çıxıb, indi mənəm direktor…

Bax, məktəblərimizin, ümumiyyətlə, təhsilimizin səviyyəsi budur.

Neçə ildir təqaüdə çıxan şəxsin ad və soyadı necə nazirliyin saytında qalır..?

Deməli, 267 saylı tədris ocağı 1982-ci ildən məktəb, 2008-ci ildən isə məktəb-lisey kimi fəaliyyət göstərir. Məktəb-liseydə təlim iki dildə aparılır. Xarici dillərdən ingilis, rus və ərəb dilləri öyrədilir. Hal – hazırda məktəb – liseydə 68 sinifdə 1791 nəfər şagird təhsil alır. Məktəb – liseydə müasir tələblərə cavab verən fizika, kimya, biologiya kabinetləri, kompüter otaqları, akt zalı, idman zalı, futbol meydançası və zəngin kitabxana vardır. Amma…

Əmması odur ki, məktəbin direktoru Rəna Ağazadə yerində deyil.

Belə ki, bizimlə ultimativ tonda danışan məktəb direktoru bizə deyir ki, nazirliyin mətbuat xidmətinin icazəsi olmadan barəmizdə yazmayın.
Bu boyda məktəbin direktoru başa düşmür ki, biz müstəqil media olaraq kimdənsə göstəriş almırıq.

Bizim “İngilis dili qruppasında təhsil alan şagird necə olub ki, ərəb dili üzrə imtahana göndərilib?” sualımıza məktəb direktoru Rəna Ağazadə “Oldu dəə…” deyə cavab verdi.

Görəsən, məktəb direktoru başa düşmür ki, bu ifadə həbsxana, daha doğrusu məhkumların işlətdiyi ifadədir, yəni oğru jarqonudur.
Bunu başa düşməyən məktəb direktoru görəsən şagirdlərə hansı təlim, tərbiyəni verəcək ?

Həm də görəsən, ingilis qruppasında oxuyan şagirdi hansı məntiqlə ərəb dili imtahanına göndərmək olar..?

Direktorla söhbətimizin davamında ingilis dili qruppasında oxuyan XI sinif şagirdi İsmayılova Aytac Rasim qızının ərəb dilindən imtahana göndərilməsinə aydınlıq gətirməsini xahiş edəndə, bildirdi ki, bu dəfə problem olmayacaq və şagird öz qruppasında imtahan verəcək.
Kimlərəsə, dediyimiz məsələ texniki problem kimi gələ bilər.

Ancaq məktəb direktoru ilə söhbətimizdə gördük ki, məktəblərimizdə problem çox dərindir.

Son illərdə 3 dəfə nazir dəyişsə də, təhsilimiz müsbətə doğru dəyişmir. Bax, əsas məsələ budur.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.Gündəlik Bakı
Text-to-Speech

DİNLƏ






Şərh yaz