Axtarış...

Xırdalan 9 Nömrəli Məktəb Müharibəyə Hazırlaşır? Direktor Müavini Elə Deyir: Fotolar

Xırdalan 9 Nömrəli Məktəb Müharibəyə Hazırlaşır? Direktor Müavini Elə Deyir: Fotolar


Son zamanlar orta məktəblərdə yaşanan qalmaqallı hadisələrin ardı-arası kəsilmir.

Xəbəral.az xəbər verir ki, şagirdin müəllim tərəfindən döyülməsi, müəllimin şagird tərəfindən döyülməsi, şagirdlərin dərs zamanı qeyri-etik davranışları gündəmi zəbt edib.

Dəfələrlə Xırdalan şəhərində yerləşən 9 nömrəli məktəb də baş verən özbaşınalıqlar haqqında silsilə yazılar dərc etmişik.

Öncədən nəzərinizə çatdıraq ki, bizim 9 nömrəli məktəbin rəhbərliyi ilə heç bir şəxsi düşmənçiliyimiz yoxdur.Sadəcə istəyirik ki, Azərbaycan təhsili daha da inkişaf etsin, bu inkişafa zərrə qədər də olsa 9 nömrəli məktəbin kollektivi qoşulsun.

Amma xahiş edirik, biz yazdığımız tənqidlərə, məktəb rəhbərliyi başqa saytlar vasitəsi ilə (Özlərinə münasib) açıqlama verməsin.Başqa saytlara verilən təkziblər heç bir məsuliyyəti götürməyəcək.!

İndi isə keçək əsas mövzumuza:

Xəbəral.az bir neçə gün öncə, Xırdalan 9 nömrəli məktəbin kalidorunda 2-3 oğlan uşaqları, şagirdlər video çəkərək “Tiktok” sosial şəbəkəsində paylaşdıqları video ilə bağlı yazı dərc etdikdən sonra, məktbin direktor müavini Nigar Səlimhanova təhsil quruplarında paylaşılan paylaşımlara gülməli rəylər yazaraq, məktəb rəhbərliyinin heç bir günahı olmadığını bildirib.

Həmin yazışmanı sizlərə təqdim edirik.
Xırdalan 9 Nömrəli Məktəb Müharibəyə Hazırlaşır? Direktor Müavini Elə Deyir: Fotolar

9 nömrəli məktəbin direktor müavini Nigar Səlimxanova öz rəyində bildirir ki, 9 nömrəli məktəbin şagirdlərinin anormal video çəkilişində şişirtməli heçnə yoxdur, müharibəyə hazırlaşırlar,əsgər təlimi keçirlər.

Doğurdan çox gülməli deyilmi? Sizlərdən xahiş edirik, 9 nömrəli məktəbin direktorunun nəzərinə çatdırın ki, Ali Baş Kamandanın dəmir yumruğu, şəhidlərimizin, qazilərimizin qanı bahasına 44 günlük haqq savaşımızda Azərbaycan ordusu artıq zəfər çalıb, doğma Qarabağımız işğaldan azad edilib.Yəqin müəllimə unudub!?

Birdə ki, 3 nəfər şagirdlə təlim olmur.Təlim keçirilməyini bunlara hansı dövlət qurumu icazə verib?

Bir sözlə bu rəy heç bir məntiqə uyğun deyil.

Xatırladaq ki, Xırdalan 9 nömrəli məktəbin direktor müavinlərinin qeyri-adi davranışları bununla bitmir.

Məktəbdə keçirilən tədbirlərinin birində direktorun digər müavini Kamalə Cəfərova himin oxunarkən əllərini sağ ilə solu səf dəyişik salaraq, paylaşılan foto izləyicilər tərəfindən bir mənalı qarşılanmayıb.

Sözügedən fotonu sizlərə təqdim edirik
Xırdalan 9 Nömrəli Məktəb Müharibəyə Hazırlaşır? Direktor Müavini Elə Deyir: Fotolar

Nədənsə bu məktəbdə heçnə yolunda getmir kimi görsənir.

Çox güman ki, Xırdalan 9 nömrəli məktəbin direktoru Həcər İbrahimova öz müavinlərinə tapşırıb ki, sosialşəbəkələrdə fəallıq edin. Amma müavinlər öz “fəallıqları”ilə məktəbi uçruma aparır.

Bu nə özbaşınalıqdır?
Bu olanlar kənardan insana elə təsir bağışlayır ki, məktəb direktoru rəhbəri olduğu məktəblə heç vaxtı maraqlanmır!

Xəbəral.az xəbər verir ki, bir neçə gündə, Xırdalan 9 nömrəlidə anormal hadisə ardı-ardınca baş verir.

Kənardan məktəb tam nəzarətsiz görsənir.

Amma çox təəssüf ki, Təhsil Nazirliyi həmin məktəbin direktoru ilə bağlı, heç bir cəza tədbiri görməyib.

Xəbəral.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz