221 nömrəli tam orta məktəb 1981 - ci ildən fəaliyyət göstərir. Məktəbdə 1803 nəfər şagird təhsil alır. Şagirdlərin təlim tərbiyəsi ilə 170 nəfər müəllim məşğul olur. Məktəb 2013-cü ildə əsaslı təmir olunmuşdur. Avadanlıqla təchiz edilmiş laboratoriyalar,informatika otaqları,idman zalı və akt zalı fəaliyyət göstərir. Məktəbin TQDK üzrə göstəriciləri yüksək olmuşdur. Məktəb 2011-2012-ci tədris ilində "ilin məktəbi" layihəsi çərçivəsində qalib olmuşdur. Amma bu naliyyətlərin pərdəarxası baş verənlər görülən işlərə kölgə salmaqdadır.
Bakunews.az bildirir ki, bir müddət öncəyə qədər Heydər Əliyev adına liseyin direktoru vəzifəsində çalışan Fikrət Xəlilov Bakının Xətai rayonu, Admiral Naximov küçəsi 221 ünvanında yerləşən 221 nömrəli tam orta məktəbin rəhbərliyinə gətirildikdən sonra sözügedən təhsil müəssisəsində mövcud olan problemlərin sırasına yeniləri də əlavə olunub.
Belə ki, hazırda 221 nömrəli orta məktəbdə təlim-tədris prosesinin nəzərəçarpacaq dərəcədə zəiflədiyini, neqativ halların çoxaldığını vurğulayan məlumatlı şəxsin bölüşdüyü informasiyada deyilir ki, bütün bunlara görə məsuliyyət məhz Fikrət Xəlilovun üzərinə düşür. Fikrət Xəlilovun indiyədək hansı təhsil müəssisəsinə rəhbərlik edibsə, həmin təhsil ocaqlarında yeyinti, intihar halları, dava-dalaş, qalmaqalın yaşandığını iddia edən mənbə bildirir ki, hazırda bu cür hallara 221 saylı orta məktəbdə rast gəlinir: «Etiraf etmək lazımdır ki, bu gün ölkənin bir çox təhsil ocaqlarında filan məsələ üçün filan qədər pul yığılması hallarına rast gəlinir. Həmin təhsil ocaqlarından biri də Fikrət Xəlilovun direktoru olduğu 221 saylı orta məktəbdir. Həmin məktəbin keçmiş direktoru səlahiyyətini daşıyan Nizami müəllimində məhz bu məktəbdə korrupsiya qarşı aşkarlanan faktlarla işindən azad edilməsinə baxmayaraq F.Xəlilova bu örnək kifayət etməyib.”
Bu gün Azərbaycan təhsilində müəllim haqqlarının kobud şəkildə pozulması azmış kimi valideynlər isə kobud bəhanələrlə soyulmağa başlanılıb. Anası ölmüş nəsiminin dərisin soydular bu qədər səsi çıxmadı, amma valideynləri necə cibini soyurlarsa tədris illinin ilk ongünlükdə validenylər ölkə rəhbəri İlham Əliyevdən və Təhsil nazirindən imdad diləyir.
Mətbuatda 221 nömrəli tam orta məktəbdə bu kimi şikayətlərə kifayət qədər rast gəlmək olar. Bolgexeber.com bu məktəbdə baş verən qanunsuzluqlardan vətəndaşlar tərəfindən daxil olan şikayətlərə münasibət öyrənmək üçün məktəb rəhbərliyi ilə telefon əlaqəsi yaratmağa çalışıb. Son zamanlar məktəblə bağlı artan şikayətlərlə əlaqədar sualımızı Fikrət Xəlilovun köməkçisi cavabsız qoydu və bildirdi ki, Fikrət Xəlilov mətbuata açıqlama vermək istəmir.
Məsələ ilə bağlı araşdırmamız davam edir.