“Ukrayna xalqının dözümlülüyü və şücaəti məni heyran etdi. Onlara mesajım sadədir: biz təslim olmayacağıq!”
Bu barədə BMT-nin Baş katibi Antoniu Quterreş “Twitter“də bildirib.
“BMT insanların həyatını xilas etmək və insan əzabını azaltmaq üçün səylərini ikiqat artıracaq. Bütün müharibələrdə olduğu kimi, bu müharibədə də hər zaman ən yüksək bədəli mülki vətəndaşlar ödəyir”, - Quterreş vurğulayıb.