Heç özüm də bilmədim ki, bu olay necə baş verdi. Çox əsəbiydim, təzyiqim qalxmışdı. Nəvəmi məktəbdən gətirirdim. Kaş ki, olmayaydı.
Millitv.az xəbər verir ki, bunu Gununsesi.info-ya açıqlamasında paytaxtda motosikilet sürücüsünü döyən vəzifəli şəxs Sultan Dadaşov yayılmış görüntülərinə münasibətində deyib.
O bildirib ki, həmin an özündə olmayıb və işdən azad olunacağını da gözləyir:
“Mən təəssüf edirəm. Nə qərar versəllər, hazıram”.
Qeyd edək ki, Sultan Dadaşovun Prezident Administrasiyasında işlədiyi deyilir.