AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında Region Liqasında qeydə alınan qayda pozuntularına da hüquqi qiymət verilib.
Millitv.Az AFFA-nın saytına istinadən xəbər verir ki, Region Liqasının son turunda keçirilən "Ağsu Siti" - "Gənclik" (Sabirabad) oyununda qonaqların futbolçusu Amid Zeynalov qarşılaşmanın 58-ci dəqiqəsində hakimi təhqir edib, qırmızı vərəqə ilə cəzalandıqdan sonra hakimə qarşı fiziki güc tətbiq etdiyinə görə 10 oyun cəzalanıb.
Həmin komandanın oyunçusu Elmar İsgəndərov matçın 90-cı dəqiqəsində hakimi təhqir edib qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı zaman hakimə qarşı fiziki güc tətbiq etməyə cəhd etdiyi üçün 5 oyun cəzalandırılıb.