Axtarış...

Prokurorluq övladını döyən ata ilə bağlı MƏLUMAT YAYDI

Prokurorluq övladını döyən ata ilə bağlı MƏLUMAT YAYDI

Gəncə şəhər prokurorluğundan DİA.AZ-a verilən məlumata görə, azyaşlı övladını döyən valideyn tutularaq istintaqa cəlb edilmişdir

Gəncə şəhər sakini 2005-ci il təvəllüdlü Oqtay Nəbiyevin (ad, soyad şərtidir) atası tərəfindən döyülməsi barədə Daxili İşlər Nazirliyinin “102” xidmətinə daxil olmuş məlumat əsasında Gəncə şəhər Nizami Rayon Polis İdarəsində aparılmış ilkin araşdırma zamanı dərhal hadisə yerinə baxış keçirilmiş, hadisənin şahidlərinin izahatları alınmış və digər zəruri prosessual hərəkətlər həyata keçirilmişdir.

Fakta görə Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmişdir

Cinayətin İlham Məmmədov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən, o, tutularaq istintaqa cəlb edilmişdir.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz