Bakıda taksidə növbəti dəfə əxlaqsız təklif edilib.
AzadMedia.az Azxeber.com-a istinadla xəbər verir ki, sosial şəbəkədə yayılan videoda xanım müştərinin taksi sürücüsünü evinə dəvət etdiyi bəlli olur.
Sürücü isə ona evli olduğunu deyir və mədəni şəkildə bu təklifdən imtina edir.
Xanım isə cavabında: "Sənin avtomobilinin nömrəsini götürdüm. Şikayət edəcəm ki, sən mənə əxlaqsız təklif etmisən" deyir.
Bəzi istifadəçilər bu videonun həqiqət olduğuna inanmadıqlarını yazıblar.
Azxeber.com taksi sürücüsü Mahir Əliyevlə əlaqə saxlayıb.
O hadisə haqqında deyib:
Hadisə gecə saatlarında baş verdi. Xanım yolda əl etdi, saxladım, maşına əyləşdi. Daha sonra başladı danışmağa, məndən nömrəmi istədi, dedi başqa bir-iki yerə dəyməliyik. Dedim, xanım gecdir, mən artıq evə getməliyəm. Hansı ünvana deyirsinizsə, sizi düşürüm, çünki evə getməliyəm. Sonra yolda saxlatdırdı, köşkdən nələrsə aldı, gəldi maşına əyləşdi. Daha sonra yenə başladı belə danışmağa. Mən ondan şübhələndim, qeyri-adi nəsə var idi, videonu açdım ki, nəsə olsa əlimdə sübut olsun. Sonra məndən şəxsi məlumatlarımı maraqlanmağa başladı.
Sürücü deyib ki, ünvana çatanda ona əxlaqsız təklif edilib:
"Sonra ünvana çatanda dedi ki, təkəm, sizlə birlikdə getmək olar? Mən də təbii ki, imtina etdim. Dedi, səndən şikayət edəcəm. Hələ maşınımın nömrəsini də çəkdi. Ondan sonra 3 gün keçib, şikayət-filan olmayıb. Mən gözlədim nəsə edərsə, bu video əlimdə sübut kimi olsun, paylaşmaqda məqsədim də o oldu ki, taksi sürücüləri bunu görüb maariflənsinlər, daha tədbirli olsunlar".