“Baku city hospital” klinikanın pasiyenti olmamış vətəndaşların nömrələrini hansısa yollarla əldə edərək onların votsap hesablarına mesajlar göndərir. Bu da təbii ki, vətəndaşın hüquqlarını pozmaqdır. TİA.az xəbər verir ki, belə halla üzləşən Ruslan Quliyev başıma gələnləri bəhs edib. Onun sözlərinə görə, klinikaya zəng edərək nömrəsini haradan əldə etdiklərini öyrənmək istəyib.
Telefonu açan klinika əməkdaşı deyib ki, narahatsızsa, silərik. Amma dəfələrlə verdiyi sualdan yayınan klinika əməkdaşı məlumat verməyib ki, onun nömrəsini hardan götürüblər. Bu da azmış kimi xanım işçi vətəndaşı təhqir edib, səs tonun qaldırıb və “gedib Qarabağda döyüşərdiz” ağlı verməyə başlayıb.
Hərçənd bunun məsələyə heç bir dəxli yoxdur və üstəlik Qarabağda döyüşlər getmir. R.Quliyev Səhiyyə Nazirliyinə və Daxili İşlər Nazirliyinə müraciət edəcək.