Axtarış...

Jalənin döyülməsini gizlədən “City Hospital”dan şok – Faktlar







İqtisadçı alim Qubad İbadoğlunun övladı Jalənin döyülməsi işi ilə bağlı “City Hospital”ın saxtakarlıqları üzə çıxıb. Reportyor.info-nun verdiyi məlumata görə, Q.İbadoğlu özü faktları açıqlayıb.

Onun sözlərinə görə, Jalə Bakıya qayıdandan sonra “City Hospital”da tibbi müayinədən keçmişdi, adı xəsarət kitabçasında qeyd olunmuş, ona ambulator kartıçka açılmışdı. Ertəsi gün baş həkim yuxarıların təzyiqi ilə Jalə haqqında bütün tibbi qeydlərin ləğvi göstərişini verib.

Jaləyə “sənə görə az qalmışdı ki, klinika bağlansın, bir də bura gəlmə” dedilər, məcbur olduq onun müalicəsini evdə davam etdirək. “City Hospital”a yenidən göstəriş verilib ki, heç bir xəsarət olmayan arayış yazıb Lənkərana göndərilsin. Onlar da ediblər.

Hadisədən 11 gün keçib, Bakıda 1 həftə əvvəl “City Hospital”da ekpertizanın nəticələrini ləğv etdirən hüquq-mühafizə orqanları 11 gündən sonra Jalənin ekspertizası üçün problem görmür”.


Lakin bu, sözügedən klinikanın ilk qanunsuzluğu, qalmaqallı hərəkəti deyil. Bir neçə il əvvəl “City Hospital”ın direktoru Bayram Qorçuyevin oğlu Cavidan Qorçuyevin rəhbərlik etdiyi peşəkar idmançılardan ibarət “qoçu” dəstəsi Azər və Aslan Cəfərov qardaşlarını, eləcə də, onların qonşusu Telman Nuriyevi bıçaqlayıblar.

Başqa bir detala nəzər yetirək: Balaxanı kənd sakini Hüseynov Vidadi Paşa oğlu əli biləkdən yuxarı kəsildiyi üçün sığorta olunduğu şirkət tərəfindən “City Hospital” klinikasına əməliyyat üçün yönləndirilmişdi.

Sığorta şirkəti onun biləyində tikiş əməliyyatı aparmaq üçün 2500 manat vəsait ayırıb. Amma klinikanın rəhbəri Bayram Qorçiyev əməliyyatdan sonra bildiribmiş ki, çətin proses keçdi və əlavə 3000 manat da ödəməlisən.

internetdə axtarış verməklə bu klinikadan ilk şikayət olmadığı aydınlaşır. Göyçayın Üngütlü kənd sakini, 1966-cı il təvəllüdlü Süleymanova Əntiqə Möhsün qızı Türkiyədən Azərbaycana gəlmiş həkim tərəfindən aldadıldığını iddia edirdi.

Onkoloji xəstəlikdən əziyyət çəkən qadın publika.az-a şikayətində “Baku City Hospital”da tanış olduğu İlkam Hünərin onu sağaltmağa söz verdiyini, bu məqsədlə 23000 dollar pul aldığını, lakin vədinə əməl etmədiyini bildirmişdi.

“Report”a müraciət edən 22 yaşlı Lalə Həsənova isə demişdi ki, o, 2016-cı ilin sentyabr ayının 2-də “Baku City Hospital”da burnundan əməliyyat olunub.

Xəstəxanaya əməliyyat üçün analizlə birlikdə 2 300 manat ödədiyini deyən L.Həsənovanın sözlərinə görə, bu, onun üçüncü burun əməliyyatı olub: “Əməliyyatı xəstəxanın lor-cərrahı Cavid İsmayılov icra edib.

Məbləğin çox olmasına səbəb burnuma sinəmin altından çıxarılan qığırdağın vurulması idi. Bunun üçün də başqa cərrah əməliyyata girməli idi. Elə oldu ki, həmin cərrahın işinə ehtiyac qalmadı, yəni qığırdağım götürülmədi.

Cavid İsmayılovdan həmin cərrah üçün verdiyim pulun qaytarılmasını tələb etsəm də, pulumu geri vermədilər. Səbəb də göstərildi ki, həmin cərrahın vaxtı alınıb”.

Pasiyent əməliyyatdan bir müddət keçdikdən sonra burnunun ucunda sap qaldığını görüb. O, sapın çıxarılması üçün həkimin yanına gedib:

“Həmin vaxt həkim Cavid İsmayılov özü qayçı və pinçetlə aralayıb sapı bir az kəsdi. Lakin sapın kökü içəridə qaldığından quruması üçün dərman yazdı.

Həmin dərmanı vursam da, heç bir effekt görmədim. Bu gün yenidən həmin sapın tamamilə çıxarılması üçün həkimin yanına getməli idim, lakin köməkçisi məndən 100 manat tələb etdi.

Halbuki bu, onların səhvidir və mən ödəniş etməməliyəm. Onlar mənə mənəvi ziyan vurublar, üstəlik maddi olaraq da 100 manat istəyirlər”.

Vəkil Elvin Səlimov isə deyib ki, edilən əməliyyat zamanı səhv olubsa, xəstə sonrakı mərhələdə analizin pulunu ödəməməlidir. Qarşı tərəfin mövqeyini dətrc etməyə hazırıq.
/reportyor.info/
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz